Menu

"NATO Kalininqradın ələ keçirilməsi planını nəzərdən keçirsin..." - Amerikalı ekspert

27.10.2019, 21:40
"NATO Kalininqradın ələ keçirilməsi planını nəzərdən keçirsin..."  - Amerikalı ekspert

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Ceymstaun fondunun böyük elmi işçisi Riçard Hukerin hazırladığı hesabatda deyilir ki, Rusiya ilə münaqişə baş verəcəyi halda NATO Kalininqradın ələ keçirilməsi planını nəzərdən keçirsə, pis olmaz.

Sənəddə qeyd olunduğu kimi, hərbi gərinlik dinc əhalinin məhvinə və miqyaslı dağıntılara gətirib çıxardacaq. Bu zaman Rusiya «hərbi aviasiya sahəsində alyans ölkələrindən geri qalması səbəbilə, uduza bilər».

Hukerin versiyasına görə, əvvəlcə Moskva Litvanı, Latviyanı və Estoniyanı təcrid etməyə və Peterburqun girişlərinin müdafiəsinə cəhd edəcək. Ancaq NATO özünün hava qüvvələri sayəsində, ABŞ başda olmaqla, təxminən 2 həftəyə Kalininqrad vilayətini ələ keçirə bilər.

Ekspert qeyd edib ki, münaqişənin ilkin mərhələsində Rusiya Kalininqrad vilayətini etibarlı şəkildə qoruya bilər. Ancaq ABŞ və Polşa quru hərbi qruplaşmalarını artırmaqla, qüvvələr nisbətini dəyişər və nəticədə, Rusiya «bu anklavı itirər». Bu da Krımın birləşdirilməsinə görə yaşanmış itkilərin «təbii əvəzlənməsi olar».

"AzPolitika"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol