Menu

Azərbaycan rəhbərliyinə təşəkkür - Rus dilinə olan diqqətə görə

23.11.2019, 15:01
Azərbaycan rəhbərliyinə təşəkkür - Rus dilinə olan diqqətə görə

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko rus dilinə olan diqqətə görə Azərbaycan rəhbərliyinə təşəkkür edib.

“APA”-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə o, Moskvada keçirilən X Rusiya-Azərbaycan Regionlararası Forumda çıxışı zamanı bildirib.

Rusiya-Azərbaycan əməkdaşlığında humanitar əlaqələrin xüsusi rol oynadığını vurğulayan V. Matviyenko deyib ki, Bakı Slavyan Universitetində rus dilinin öyrənilməsi, slavyan xalqlarının adət-ənənələri və mənəvi dəyərlərinin qorunub saxlanması istiqamətində böyük işlər həyata keçirilir.

Rusiya Federasiya Şurasının sədri Azərbaycanda M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin, İ. M. Seçenov adına Moskva Dövlət Birinci Tibb Universitetinin filiallarının fəaliyyət göstərdiyini və təxminən 400-ə yaxın məktəbdə tədrisin rus dilində aparıldığını da qeyd edib.

“Biz hər zaman rus dilinə bu qədər diqqətli münasibətinə görə Azərbaycan rəhbərliyinə təşəkkür edirik”, - deyə V. Matviyenko vurğulayıb.

Şərhlər

T.ədalət 2019-11-23 15:49:52

Ancaq işğalçı ölkələr öz dillərini zorla özgəyə pərçimləyirlər. əyirlər.Son nəticədə bu zorakılıq işğalçıya qarşı nifrətə çevrilir..

T.ədalət 2019-11-23 15:47:53

Ancaq işğalçı ölkələr öz dillərini zorla özgəyə pərçimləyirlər.Son nəticədə bu zorakılıq işğalçıya qarşı nifrətə çevrilir..yir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol