Menu

Türkiyəli aktyor Emmi mükafatına layiq görülüb - FOTO

26.11.2019, 11:33
Türkiyəli aktyor Emmi mükafatına layiq görülüb - FOTO

Türkiyəli aktyor Haluk Bilginer ən yaxşı kişi rolunun ifaçısı kimi Beynəlxalq 47-ci Emmi Mükafatına layiq görülüb.

“Report” xəbər verir ki, məlumatı “CNNTurk” yayıb.

O, “Şəxsiyyət” serialındakı roluna görə bu mükafatı alıb.

“Özümdən çox bu mükafat Türkiyəyə gedəcəyi üçün şadam”, - o bildirib.

Haluik Bilginer 21 ölkədən 11 kateqoriya üzrə 44 namizədin adı olan siyahıda ən yaxşı kişi rolunun ifaçısı seçilib.

Xatırladaq ki, Emmi mükafatı və ya sadəcə Emmi - Amerikada televiziya sahəsində təqdim edilir. Emmi kino sahəsində Oskar, musiqi sahəsində Qremmi, teatr sahəsində Toni mükafatlarının televiziya ekvivalenti sayılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol