Menu

Prokuror kriminal avtoritetə cəza istəyib

29.11.2019, 12:44
Prokuror kriminal avtoritetə cəza istəyib
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilən Rafael Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Report" xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. R.Hüseynovun vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib. Proses dekabrın 6-da davam etdiriləcək. Qeyd edək ki, kriminal avtoritet kimi tanınan 1975-ci il təvəllüdlü Hüseynov Rafael Oktay oğlu sonuncu dəfə saxlanılan zaman evində beş kiloqramdan çox marixuana aşkarlanıb. R.Hüseynov ittihamla özünü təqsirli bilmir. O, daha əvvəl qəsdən adam öldürmə maddəsi ilə Rusiyada cəza çəkib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol