"BİZ İDMAN TARİXİNDƏ ƏN BİABIR OLMUŞ ÖLKƏYİK" - Rusiyanın üzr istəməsi tələb olunur

Rusiyanın 4 il müddətinə bütün beynəlxalq idman yarışlarından kənarlaşdırılması ölkədə şok effekti yaradıb. “AzPolitika.info” xəbər verir ki, çoxları Rusiyanın Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən hansı formadasa cəzalandırılacağını gözləsə də, cəzanın belə ağır olacağı güman edilmirdi.

WADA-nın gəldiyi qənaətə görə, Moskva laboratoriya məlumatlarını saxtalaşdırıb, saxta məlumat verib, müsbət nəticəli dopinq testlərilə bağlı faylları silib. Xatırladaq ki, Rusiyanın 2014-cü ildə Soçidə Qış Olimpiadasında medalların sayını artırmaqdan ötrü dövlət səviyyəsində dopinq əməliyyatları aparması ifşa olununduğuna görə, Moskva bəzi sanksiyalarla üzləşsə də, indiyə qədər belə ağır şəkildə cəzalandırılmamışdı.

Lakin maraqlıdır ki, WADA rəhbərliyində hətta bu cəzanın belə yüngül olduğunu düşünənlər var. 

Qurumun vitse-prezidenti Linda Helleland bu qalmaqala görə Rusiyanın dünya idman ictimaiyyətindən üzr istəməsini tələb edib: “Bu, dünya idmanında baş vermiş ən böyük qalmaqaldır. Mən Rusiyadan idmançılara və azarkeşlərə yaşatdığı ağrıya görə üzr istəməsini tələb edərdim”. 

L.Helleland həmçinin , WADA-nın qərarı ilə razılaşmadığını və Rusiyaya qarşı daha ağır sanksiyaların tətbiq edilməsinin tərəfdarı olduğunu söyləyib.

Bundan öncə isə Rusiya idmanının tanınmış simaları qərarla bağlı fikirlərini söyləyiblər. Onların əksəriyyəti bu problemin əmələ gəlməsində ölkənin idman sahəsinə rəhbərlik edənlərin günahkar olduqlarını bildiriblər. 

Rusiyanın ən tanınmış idmançılarından olan məşhur xokkeyçi Vyaçeslav Fetisov isə məyusluğunu gizlədə bilməyib: “Biz dünya idman tarixində ən çox biabır olmuş ölkəyik.”

Xatırladaq ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar 4 bənddən ibarətdir. Və Moskva 21 gün ərzində WADA-nın qərarlarından İsveçrədə mənzillənən İdman Arbitrasiya Məhkəməsinə şikayət etmək hüququna malikdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar