ZEYNƏB XANLAROVA DA ABŞ-a KÖÇÜB - "Azərbaycana az-az gəlir..."

“Zeynəb Xanlarova hazırda Amerikada yaşayır. Azərbaycana az-az gəlir. Gələndə də gələcək planları barədə bizə məlumat vermir". Bu fikirləri Modern.az-a Azərbaycan Milli Məclisin deputatı, xalq artisti Zeynəb Xanlarovanın köməkçisi Mələk Bayramova xanım sənətçinin 9 fevralda keçirləcək növbədənkənar parlament seçkilərinə qatılıb-qatılmayacağı barədə danışarkən deyib.

Deputatın köməkçisi bildirib ki, Zeynəb Xanlarovanın yenidən deputat seçilmək istəyindən xəbəri yoxdur: "Yaxşı olar ki, bu barədə Zeynəb Xanlarovanın özünə müraciət edəsiniz".

Qeyd edək ki, bu ayın sonlarında - dekabrın 28-də Zeynəb Xanlarovanın 83 yaşı tamam olacaq.

Zeynəb Xanlarova uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

Belə ki, o, 1985-ci ildən indiyə kimi deputat mandatı daşıyır. 

Son günlər sosial şəbəkələrdə 83 yaşlı sənətkarla bağlı müxtəlif iddialar yayılıb...

635x100

Şərhlər

Köhnə deputat 2019-12-16 21:27:00

Bu "xanımın" 1976-cı ilin yayında Leninakanın Şirak stadionundakı konserti və ermənilərin ony əhatəyə alması yadıma düçəndə və bu insanın uzun müddət bu millətin deputatı olduğunun şahidi olandan sonra azərbaycanlı olduğuma nifrət etməyə başladım!

rasim 2019-12-13 20:39:54

Bəyənmədiyi azərbaycan xalqından yığdıqları var-dövlət hesabına özlərinə təzə vətən alanlar çoxdur. Bu da onlardan biri. Birdə öləndə Azərbaycan yada düşəcək!.Onlar bura ancaq dəfn olunmaq üçün qayıdırlar. Belələrinə ar olsun!.

t.ədalət 2019-12-11 22:29:27

"Sülh danışıqları" adı altında ermənilərə dostluq əli uzatmağa ABŞ-da geniş imkan var.Hətta kim istəsə ABŞ-a gedib erməniliyi də qəbul edə bilər..

Valeh 2019-12-11 22:15:31

Mən tam arxayınam ki Kongresə seçkilərdə amerikalılar ona yekdilliklə səs verəcəklər. Zəngin demokratik parlament təcrübəsi olan Zeynəb xanıma orada böyük ehtiyac yaranıb. Trampı impiçmentdən xilas etmək onun üçün asan bir şeydir.

Seyfəddin 2019-12-11 14:49:50

Nİyə? Azərbaycana sığmır?Deputatı belə olan Milli Məclis!

Səlahəddin 2019-12-11 14:31:24

Əgər deputat ABŞ-a köçübsə onun köməkçidsinin işi nədir?Bəs Xanlarovanın vəzifələrdə olan oğulları? Ölkəni bəyənməyib digər ölkələrə köçən valideyinlərin uşaqları niyə Azərbaycanda vəzifə başında olmalıdırlar? Bu anlaşılan deyil!

Son yazılar