Menu

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13.12.2019, 14:51
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Rusiya Bankı (Mərkəzi Bank) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 6,5%-dən 6,25%-ə endirilməsi barədə qərar qəbul edib.

"Report" xəbər verir ki, bu barədə qurumun Direktorlar Şurasının açıqlamasında bildirilir.

Hazırda qonşu ölkədə uçot dərəcəsi 2014-cü ilin mart ayından bəri ən aşağı həddədir.

Bu il Rusiya Bankı faizlərə ümumilikdə 3 dəfə baxıb. Bundan əvvəl sentyabrda uçot dərəcəsi 7,25%-dən 7%-ə, oktyabrda isə 7%-dən 6,5%-ə endirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol