“Bunun nə tarixlə, nə də reallıqla əlaqəsi var...” - Erməni əsilli deputat “erməni soyqırımı” qərarını pislədi

Türkiyə parlamentinin erməni əsilli deputatı Markar Esayan ABŞ Senatının dekabrın 12-də qəbul etdiyi “erməni soyqırımının” tanınmasına dair qərarını pisləyib. “AzPolitika.info” xəbər verir ki, M.Esayanın bununla bağlı açıqlaması Ermənistanda etirazla qarşılanıb və erməni mətbuatında millət vəkilini tənqid və təhqir edən fikirlərə yer verilib.

M.Esayan bildirib ki, ABŞ Senatının məhz indi bu qərarı çıxarması təsadüfi deyil və sadəcə, Türkiyənin Rusiyadan “S-400” zenit-raket komplekslərini almasına və Suriyadakı əməliyyata görə cəzalandırılmasına xidmət edir: “Onillərdir keçməyən soyqırım qanun layihəsi “S-400” və Suriya əməliyyatlarına görə cəza olaraq keçirildi. Bunun nə tarixlə, nə də reallıqla əlaqəsi var...”

Erməni əsilli deputat deyib ki, bu qərar Türkiyə ilə Ermənistan arasında dialoqun əngəllənməsinə yönəlib və həmin qərarı verənlər də məhz bunu istəyirlər: “Bu addımlar sadəcə dialoqu əngəlləyəcək. Böyük ehtimalla istənilən də budur. Belə ki, yara hey qanasın və vampirlərə də gün doğsun.”

Türkiyə parlamentinin erməni deputatının bu obyektiv açıqlamasını Ermənistanda Ərdoğan hakimiyyətinə xidmət kimi qiymətləndirirlər. Erməni mətbuatı qeyd edir ki, M.Esayanın senatın qərarına bu cür reaksiya verməsi onun AKP-ni təmsil etməsilə bağlıdır .

Bundan öncə kürdyönümlü HDP-nin erməni əsilli deputatı Qaro Paylan da ABŞ Senatının qərarına münasibət bildirib. O, qeyd edib ki, ermənilərin yarasını yalnız Türkiyə parlamenti sağalda bilər.

635x100

Şərhlər

Sülhü 2019-12-14 16:18:04

Filistin, Çili, İraq, Libya, Suriya...da ABŞ soyqırımı bəyan bəyan etsin?!

Son yazılar