Türkiyə Liviyaya xüsusi təyinatlı hərbçilər göndərib.Bu barədə "Al-Arabiya" telekanalı məlumat yayıb.
Qeyd edək ki, Türkiyənin Liviyaya ordu göndərmək istədiyini przidenti Rəcəb Təyyub Ərdoğan mətbuata müsahibəsində bəyan etmişdi. Məsələ burasındadır ki, müxalif general Xəlifə Haftarın silahlı birlikləri Liviyanın paytaxtı Tripolini ələ keçirməyə çalışır. Tripolidəki hökumət isə Türkiyədən kömək istəyir.
Liviyaya hökuməti Aralıq dənizində enerji reruslarının istismarıyla bağlı Türkiyə ilə əməkdaşlıq etdiyi üçün Fransa, Yunanıstan, Misir və İsrail üsyançılara kömək edir. Buna görə də, Türkiyənin Liviyaya hökumətinə hərbi yardım etməsi zərurətə çevrilib.

Şərhlər