Türkiyə Cümhuriyyətinin (TC) prezidenti Rəcəb Tayyib Ərdoğanın «İncirlik» və «Kürecik» hərbi bazaları barədə səsləndirdiyi fikirlərə ABŞ-dan cavab verilib. Pentaqonun yaydığı bəyanatda deyilir ki, Vaşinqton öz hərbçilərinin Türkiyədə iştirakını NATO çərçivəsində çoxillik əməkdaşlıq və müttəfiqin müdafiəsinin rəmzi hesab edir.
Bəyanatda həm də qeyd olunur ki, ABŞ hərbi qüvvələri həmin bazalardan yalnız Ankaranın icazəsi ilə istifadə edirlər («TASS»).
Pentaqonda həm də Ankara ilə strateji müttəfiqliyin və Türkiyə hərbçilərinin Əfqanıstanda, Kosovada və İraqda NATO missiyasına verdiyi tövhənin əhəmiyyətini qeyd ediblər.
ABŞ hərbi idarəsi Türkiyə hakimiyyətini həmkarlıq münasibətlərini saxlamağa, S-400 və digər fikir ayrılıqlarına yönəlik «daha konstrukiv siyasətə keçməyə» çağırıb.
Xatırladaq ki, bundan əvvəl Ərdoğan ABŞ Türkiyəyə qarşı saksiyalar tətbiq edərsə, o zaman sözügedən hərbi bazaları bağlaya biləcəklərini bəyan etmişdi.
AzPolitika.info

Şərhlər