Azərbaycanın hüquq-mühafizə orqanları Ağstafa rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevi həbs edib. Virtualaz.org hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, əməliyyat zamanı onun müavini Ramiz Tatarov da saxlanılıb. Hazırda onların mənzillərində axtarışlar aparılır.
Nizaməddin Quliyev bundan əvvəl Goranboy rayon İcra Hakimiyyətinin başçısı idi və cəmi bir neçə ay əvvəl-2019-cu ilin aprelində onun yeri dəyişdirilərək Ağstafa rayonuna başçı təyin edilmişdi.
Bildirilir ki, N.Quliyev dünən axşam saatlarında Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən rüşvət alarkən cinayət başında yaxalanıb. Hazırda DTX-da saxlanılan başçının ətrafında axtarış və araşdırmalar davam etdirilir. Gün ərzində hadisəylə bağlı rəsmi açıqlama veriləcək.
N.Quliyevin oğlu Ramin Quliyev Nərimanov rayon Məhkəməsində hakim işləyir, digər oğlu isə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində vəzifə tutur.
İH-dən Unikal.org-a verilən məlumata görə, Quliyev Nizaməddin Məhəmməd oğlu ezamiyyətə gedib.
Qeyd edək ki, bu barədə ilk xəbəri bakupost.az yayıb..
***
Bu gün həbs olunan Ağstafa rayon İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin daha bir müavini saxlanılıb.

Qeyd edək ki, ötən gün Ağstafa rayon İcra hakimiyyətinin başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğlu saxlanılıb.
***
Ağstafa rayonunun həbs olunan icra başçısı Nizaməddin Quliyevlə bağlı yeni məlumatlar verilməkdədir.
Modern.az xəbər verir ki, Maliyyə Nazirliyi bu yaxınlarda Nizaməddin Quliyevin Goranboy rayon İcra Hakimiyyətinin başçısı olduğu dövrdə Goranboyda ciddi maliyyə pozuntularına, korrupsiyaya yol verib-vermədiyini araşdırıb.

Bunu saytımıza Goranboy İcra Hakimiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən də təsdiq ediblər.
“Maliyyə Nazirliyi tərəfindən sabiq icra başçısının fəaliyyət dövrü barədə müvafiq yoxlama işləri aparılıb. Lakin yoxlama zamanı koorrupsiya və ya digər neqativ halların aşkar edildiyi barədə hələ ki rayon İcra Hakimiyyətinə heç bir rəsmi məlumat verilməyib”,- deyə İctimaiyyətlə əlaqələr şöbəsi bildirib.
Goranboy RİH-dən yoxlamaların nəticəsi ilə bağlı məlumat verilməsə də, əməkdaşımızın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi Nizaməddin Quliyevin fəailiyyəti ilə bağlı Goranboyda bir çox faktlar aşkarlayıb.
Bildirilir ki, ötən il Nazirlər Kabineti tərəfindən bütün rayonlarda 200-300 nəfərin minimum əməkhaqqı vermək şərtilə işə götürülməsi ilə bağlı qərarından sonra Goranboy İcra Hakimiyətinin tabeliyində olan Təmizlik İdarəsinə də 300 fəhlə ştatı ayrılıb. Lakin Nizaməddin Quliyev həmin ştatlara özünə yaxın müxtəlif vətəndaşların adını yazdıraraq, onlara veriləcək maaş kartlarını özünə götürüb. Yəni adları olub, özləri olmayan işçilərin plastik kartlarından çıxarılan pullar icra başçısının cibinə girib.
O da bildirilib ki, Goranboy şəhərində küçələrin asfaltlaşması üçün ayrılan vəsait də N.Quliyev tərəfindən mənimsənilib və nəticədə şəhərin mərkəzi küçəsindən başqa digər küçələr təmir olunmamış qalıb.
Xatırladaq ki, Nizaməddin Quliyev 2009-2019-cu illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Ölkə başçısının 5 aprel 2019-cu il tarixli sərəncamı ilə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən N.Quliyev Ağstafa rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Şərhlər
prezidentdən xahiş edirik şəmkir RİH başçısını təcili dəyişin, əks tədqirdə şəhərdə bir dənə boş yer qoymayacaq, hamısını satacaq,sonra isə keçəcək səkilərə, bizi bu bəladan qurtarın.
Bunun Goranboy muavini elcində haçan vaxtı çatacaq *(elcini balaca hərflə yazmağım savadsızlıqdan deyil)*
Rayon icra hakimiyyəti işçilərinin həbs edilməsi, artıq bu ölkədə qanunun şah olacağına ümidləri daha çox artırmış oldu. Illedir deyirdik ki, neçə ki ölkədə məmur cəzasızlığı höküm sürür, bütün qarşıya qoyulan hədəflərə ulaşmaq sadəcə olaraq zaman aparacaq. Ona görə də bu əzmikarlığa devam deyirik. İstərdik bunun gözünə digər qudurğan memur və icra başçıları da qatılsın. Çünki, görünən o ki, onlara Ölkə Başçısının dəfələrlə etdiyi xəbərdarlıqlar kar salmadı. Deməli ilan ulduz görməyincə ölməz. Onlardan biri də 3 idən artıqdır, 02.09.2016-cı ildə ölüm hadisəsinin iştirakçısı olmuş YAP Pirallah Rayon təşkilatının keçmiş sədri Manaf Manafovu illərdir öz çətiri altında qoruyub-qollanan, yüksək vəzifədə saxlayıb, rayon ictimayyəti içərisində böyük narazılıq yardan və bu yöndə Cənab Prezidentin qeyd etdiyimiz tapşırıqlarına mehel belə qoymayan Pirallahının Başçısı Vasif İmanovdur. Artıq bu qabildən olan her kes emelinin bedelini ödəməlidir. Məsuliyyət hisslərini itirmiş bu zadları islah etse-etse zindan edecek. Ölkə Başçısının bütün bu qətiyyətinin arxasındayıq, Devam!
Ise bir bax. Bele cixirki maisderi bes elemeyib.. Allah qorusun belelerinden vetenimizi.. Yaxsi ki bile insanlar bizde bermeq sayi qeder azdirlar. Yeni tutulanlar
Ölkədə nəhayyətdə qanunun şah olacağının işartıları görünməkdə. inşallah yanılmarıq. İllərlə biunu deyirik. Deyirik ki, neçə ki ölkədə məmur cəzasızlığı höküm sürür, bütün hədəflərə ulaşmaq sadəcə olaraq zaman aparacaq. Ona görə də Ölkə Başçısının əzmikarlığının artmasına devamı deyirik. Bütün atacağın addımlarda arxandayıq deyirik. Bunun gözünə 3 idən artıqdır, 02.09.2016-cı ildə ölüm hadisəsinin iştirakçısı olmuş YAP Pirallah Rayon təşkilatının keçmiş sədri Manaf Manafovun və illərdir onu öz çətiri altında qoruyub-qollanan və bu yöndə Ölkə Başçısının bütün tapşırıqlarına sayqısızlıq yapan Pirallahının Başçısı Vasif İmanov kimi sayqısız məmurların da cəzalandırılmasını istəyirik.
bütün başçıların gördüyü işləri görüb, təəccüblü bir şey yoxdur
Buyurun.bu da bizim kadr siyasəti! Ata İcra başçısı kimi rayondan-rayona dəyişdirilir.evladlar vəzifə başında.Belə halda yazıq millətin vətəndaşları harada işləyə biləcək? Vəzifələr bir qrupun əsarətində .....Onlarda da rüşvət.soyğunçuluq, talan,.bedcə yeyintisi! Sonra durub olmayan inkişafdan dəm vururlar.
Talançılar ölkəni söküb dağıdıblar. Hamısının milyonları, milyardları var, əsas kütlə kasıb əhali isə ehtiyac içində yaşamaq uğrunda mübarizə aparırlar.
Özü ilə bərabər saxlanılan Müavini eyni zamandan da Rayonda YAP yerli təşkilatının sədri imiş. Amma 02.09.2016-cı ildə ölüm hadisəsinin iştirakçısı YAP Pirallah Rayon təşkilatının sədri olmuş Manaf Manafov həmin dövrdən az keçmiş sədirlikdən azad olunsa da, Ölkə Başçısının qudurğan və mənaviyyatsız memurlar haqqında vermiş olduğu tapşırıqlara sayqısızlıq edən Pirallahının başçısı Vasif İmanov kimi məsuliyyətsiz biri bu günə kimi o qudurğanı öz çətiri altına alıb qoruyur. Ölkədə ədalət o zaman berqerar olacaq ki, qanun bax beləcə her kes üçün şah olsun. Eger davam edecekse, her sahede Ölkə Başçısının yanındayıq. Qazamız mübarek olsun. Pirallahının Başçısını qoruyub-qallandığı Manaf Manafovunda əməllərinin bedelini ödəməsini isteyirik. Bu nədən də Vasif İmanov kimi sayqısız adamlara da icra strukturlarında yer olmamalıdır.
Cənab Prezidentimizin etimadını doğrultmayan məmurlar öz layiqli cəzalarını almalıdırlar... içi padşahlar öz xidmətləri ilə dövlətimizə və xalqımıza sədaqətlə xidmət etmək əvəzinə, xalqı dövlətdən narazı salmağa önəm verirlər..Ulu Tanrı dövlətinə xəyanət edən məmurları bağışlamır...?
Bu çox gecikmiş bir addım olsa da, başlanılması teqdir edilmeli ve metbuatda geniş işıqlandırılmalıdır. Bu illər ərzində Ölkə Başçısının qarşıya qoyduğu bunca hedeflere ulaşmanın zaman alması, yeni bezi sahələrdə yürümemesi məhz uzun illerin memur cezasızlığının neticesi idi. Qazamız mübarək olsun.
Rüşvət faktının olmasına inanıram,rüşvətə görə həbs olunma faktına isə inanmıram.
Yəqin ki DTX həbs edib saxlayıb.Deməli DTX əla işləyir.Cənab Əli Nağıyevə halal olsun.Çörəyi ver çörəkçiyə,birini də artıq.
Həqiqətən də şok effektli xəbərdir.Ruşvətə görə belə məşhur adamın həbsi inandırıcı deyil.Oglunun biri hakim, biri də korrupsiyaya qarşı idarədə işləsin və onu da ruşvətə görə həbs etsinlər.Onun birbaşa vəzifə borcu olan əmələ görə həbs edilməsi nonsesdir.
Övladları heç nə oldu getdi.Bədbəxt ata
Adam lap xəcalət çəkir. Balaları korupsiyaya və rüşvətə qarşı mübarizə aparmalı olan bir halda ata rüşvət alır.bizim kimi millətin başına daş salıb Allah