“MEHDİYEVİN ELİTA NƏZƏRİYYƏSİ İFLASA UĞRADI...” – “Sənin gətirdiyin adamlar dövlətə qarşı cinayət törətdi”

“Prezidentin siyasətini dəstəkləyirəm”

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkisində deputatlığa namizədliyini irəli sürən iddialı və tanınan siyasətçilərdən biri də Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğludur. Onun seçkilə bağlı gözləntiləri, eləcə də son dövrlərdə ölkənin siyasi həyatında baş verən hadisələrə dair fikirləri maraq doğurduğundan, “AzPolitika.info” S.Cəlaloğludan müsahibə alıb. Həmin müsahibəni təqdim edirik:

- Sərdar bəy, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin korrupsiya ittihamı ilə saxlanılması ölkədə böyük əks-səda yaratdı və bir növ hakimiyyətin islahat niyyətinin ciddiliyindən xəbər verdi. Sizin bu hadisəyə münasibətiniz necədir?

- Bu, müsbət hadisədir. Belə hallara yol verən məmur bilməlidir ki, günün birində cavab verməli olacaq. Ancaq bir məsələ də var ki, bu yollarla korrupsiyanın qarşısını almaq olarmı? Məncə, bu sual ətrafında düşünmək lazımdır. Şəxsən mən hesab edirəm ki, korrupsiya əməllərinin qarşısını almaq üçün bir neçə addım atılmalıdır. Birincisi, məmurların gəlir deklarasiyası tətbiq edilməlidir. İkincisi, mətbuatda dərc olunan cinayət və korrupsiya xarakterli materiallara Baş Prokurorluq reaksiya verməli, bu faktları araşdırmalıdır. Üçüncüsü, tayfa prinsipi ilə hakimiyyətdə təmsil olunmaq təcrübəsinə son qoyulmalıdır, yəni bir ailədən bir nəfər təmsil olunursa, kifayətdir.

Ancaq biz bilirik ki, bunların hamısı proteksiya əsasında baş verir. Məsələn, Ağstafanın icra başçısının oğlunun nə məhkəmə hakimi olmaq imkanı olub, nə də prokurorluqda müstəntiq. Sadəcə olaraq bir tayfa irəli çəkilibsə, öz ətrafındakıları mümkün qədər vəzifələrə qoymağa çalışır. Dördüncüsü, müxalifətin nəzarəti tətbiq edilməlidir. Yəni idarəetmə üzərində rəsmi dövlət nəzarəti ilə yanaşı müxalif nəzarət də olmalıdır. Məsələn, müxalifətin bəyanatları və fikirləri nəzərə alınmalıdır. Məncə, bu addımlar atılarsa korrupsiyanın kökünün kəsilməsi istiqamətində ciddi nailiyyətlər əldə olunar.

Həmçinin, insanlar dövlətə və xalqa sədaqət prinsipi əsasında işə götürülməlidir. Bilirsinizmi, Prezidentə sədaqətli olan, amma dövlətə və xalqa sədaqəti olmayan məmur dolayısı yolla Prezidentə də sədaqətli deyil. Ağstafa hadisəsi buna əyani sübutdur. Əksinə, dövlətə və xalqa sədaqətli məmur dolayısı yolla Prezidentə sədaqətli olacaq. İllərlə rayonlarda nöqsanlardan yazan jurnalistlərə təzyiq edilib, fəallar döyülüb, saxlanılıb. Elə bir məmur yoxdur ki, korrupsiya ilə məşğul olmasın. Az qala hər nazirin oğlunun bir holdinqi, yüzə yaxın müəssisəsi var. Adama deyərlər ki, siz bunları haradan almısınız?

Sözsüz ki, Prezidentin son addımını alqışlayıram və bunu təqdir edirəm. Eyni zamanda, ümid edirəm ki, bu, epizodik bir addım olmayacaq. Baxın, Prezident işsizliyin ləğv edilməsi ilə bağlı rayona maliyyə ayırıb. İcra başçısı da insanların adına kart açaraq, aylıq pulu öz cibinə qoyub. Sonra da elan edib ki, biz yüzlərlə iş yeri açdıq, insanları işlə təmin etdik. Adamlar da ac-susuz qalıb. Faktiki olaraq, dövlətin xalqın sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq məqsədilə apardığı siyasət belə məmurların fəaliyyəti nəticəsində puç edilir və ölkədə insanların küçələrə çıxmasına şərait yaradılır. Xatırlayıram, bir müddət əvvəl hansısa icra başçısı dəyəri milyonla ölçülən villa almışdı. Mətbuata dedi ki, hansı icra başçısının yoxudur ki, mənim də olmasın?

Metropolitenin keçmiş rəisi Tağı Əhmədov deyir ki, Eldar Mahmudov məndən 3 milyon aldı. Xub, Eldar Mahmudov cinayətkardır, bəs sən 3 milyonu hardan almısan?

Bütün bunlardan çıxış edərək deyə bilərəm ki, Ramiz Mehdiyevin elita nəzəriyyəsi var idi, bu nəzəriyyə tamamilə iflasa uğradı.

- Konkret nəyi nəzərdə tutursunuz?

- Mehdiyevin nəzəriyyəsinin əsasında atalar, oğullar, sonra nəvələr gəlir və guya milli elita formalaşır. Mən o zaman buna etiraz etmişdim. Əslində, elita təbii şəkildə seçkilər vasitəsilə seçilir. Ceffersonun dediyi kimi, xalqın təbii aristokratları önə çıxır və xalqın taleyi ilə məşğul olurlar. Baxın, həbs edilən icra başçısının oğlu hakimdir. Digər oğlu korrupsiyaya qarşı mübarizə aparan idarədə müstəntiqdir. Bunlardan elita formalaşa bilərmi? Normalda onun oğlanları korrupsiyaya qarşı mübarizə aparmalıdırlar, amma ataları korrupsiya ilə məşğul olurdu.

“Bu işin əhatə dairəsi genişlənə, əlavə həbslər baş verə bilər”

- Sizcə, N.Quliyevin həbsi icra başçılarını korrupsiyadan və digər neqativ hərəkətlərdən çəkindirəcəkmi?

- Müəyyən mənada təsiri olacaq. Amma mənim fikrimcə, bu həbslərdə başqa məqam da ola bilər. Əvvəl mediada “Prezidentə mane olan qüvvələr” ifadəsi səslənirdi. Yevlaxın keçmiş icra başçısının da cinayət məsuliyyətinə cəlb edilməsi məndə belə qənaət yaradır ki, Prezidentə maneə yaradan fəaliyyət var və bu adamlar da orada aktiv iştirak edir. Onlar korrupsiya ittihamı ilə saxlanılıb, amma bu iş siyasi ittihama qədər gedib çıxa bilər. Bu adamların DTX tərəfindən saxlanılması, otaqlarına kamera qoyulması, uzun müddət nəzarətdə saxlanılmaları və s. hallar göstərir ki, onların dövlətin siyasətinə müqaviməti ola bilərdi. Əlbəttə ki, bu, mənim ehtimalımdır, hazırda istintaq gedir və onları Bakıya gətiriblər. Halbuki, cinayət rayonda baş verdiyindən, istintaq da orada getməlidir. Onların Bakıya gətirilməsi də göstərir ki, bu işin əhatə dairəsi genişlənə, əlavə həbslər baş verə bilər.

- Sosial şəbəkələrdən də göründü ki, Ağstafa hadisəsindən sonra icra başçılarının bəziləri xalqla görüşə çıxdı, şəhid analarının əlindən öpən, xalqın ayağına gedənlər oldu...

- Mənə görə, bunlar kosmetik addımlardır. Sən şəhid ailəsinə düşən evi vermirsən, xalqa verilən kartı cibinə qoyub onun əvəzinə pul alırsan, minlərlə insanın hüququnu pozursan və kritik məqamda da qaçıb şəhid ailəsinin əlini öpürsən. Bəyəm rayonda 1 şəhid ailəsi var? Sən vətəndaşın sosial-iqtisadi şəraitini təmin etməyə borclusan, çünki adın “icra hakimiyyəti başçısı”dır. Sən qanun və konstitusiyanı icra etməli, olduğun rayonda Prezidentin siyasətini həyata keçirməlisən. Rayonlarda işsizlik baş alıb gedir. Dövlətin bu sahəyə ayırdığı maliyyəni müəyyən qruplar mənimsəyirlər. Prezident ölkədə vəziyyətin yaxşılaşdırılması üçün belə kadrları dəyişməlidir. Eyni zamanda, xalqın dəstəyindən istifadə olunmalıdır. Jurnalistlərin yazdıqları, insanların şikayətləri, partiyaların bəyanatları korrupsiyaya qarşı mübarizədə əsas götürülməlidir.

“Normal seçkidə parlamentin 40 faizini müxalifət qazana bilər”

- Sərdar bəy, bəs parlament seçkiləri ilə bağlı ilkin müşahidələriniz nədən ibarətdir? 

- Mənə elə gəlir ki, iqtidarda müəyyən kadr, əl dəyişməsi prosesi gedir. Məncə, parlamentin tərkibində də dəyişikliklər müşahidə edilməlidir. Hər halda, proseslər göstərir ki, parlamentin tərkibində dəyişikliklər olacaq. Əgər Prezident buna müqavimət göstərən qüvvələri dəf edə bilsə, bu, alınacaq. Məsələn, mən Ramiz Mehdiyevin məqaləsinə baxdım. Yazır ki, təsadüfi adamları hakimiyyətə gətirməyin, onlar gəlib şıltaqlıq edərlər. Halbuki, sənin Kommunist Partiyasından gətirdiyin, təcrübəli dediyin adamlar dövlətə qarşı cinayət törətdi. İndi təzə kadrlar qoyurlar, o da yazır ki, olmaz, çünki onlar təcrübəsizdir, dövlət ənənələrini bilmirlər. ABŞ-da prezident fotoqraf ola bilər, bizdə komitə sədri postuna adi adam qoymaq olmaz, mütləq Kommunist Partiyasının üzvü və ya kiminsə övladı olmalıdır? Bu mənada böyük bir müqavimətin olduğunu da hiss edirəm. Ona görə də deyirəm ki, Prezident bu məsələdə xalqı, ictimai rəyi və müxalifəti öz arxasına almalıdır.

- Namizəd olaraq seçkidə iştirak etmək fikrindəsiniz. Qalib gəlmək şansınızı necə qiymətləndirirsiniz?

- 15 saylı dairədən namizədliyimi irəli sürmüşəm və hazırda imza toplayırıq. Mən nəticə əldə edəcəyəm. Müəyyən mafioz qruplar əvvəlki kimi parlamentə qohum-əqrabalarını soxuşduracaqlarsa, əvvəlki seçkilərdən fərqli bir şey olmayacaq. Yox, əgər İlham Əliyevin apardığı siyasətə uyğun parlament seçkiləri keçiriləcəksə, düşünürəm ki, müxalifətdən 20-30 nəfər parlamentə düşəcək. Onlardan birincisi və ən qabaqda gedəni də mən olacağam. Çünki indiyə qədər seçkilərdə göstərdiyim nəticə göz önündədir. İki dəfə parlament seçkilərində iştirak edib udmuşam, bir dəfə Prezident seçkilərində iştirak edib ikinci yerə çıxmışam. Bundan artıq mən hansı göstərici ortaya qoymalıyam ki, növbəti seçkidə qalib gəlim? İctimai rəydə ən yüksək reytinqi olan müxalif liderlərdən biri də mənəm. İndi bir dairədən parlament seçkisini udmayacağamsa, daha nə oldu? Nəzəri baxımdan mənim uduzmaq şansım yoxdur. Amma saxtalaşdırma olsa, bu ayrı mövzudur.

- İddia edirsiniz ki, normal seçkidə 20-30 müxalifətçi parlamentə düşə bilər. Bu, hazırkı reallıqda bir qədər iddialı bəyanat olmadımı?...

- Əslində, kiçik rəqəm dedim. Normal seçkidə parlamentin 40 faizini müxalifət qazana bilər. Digər tərəfdən indi parlamentin bütövlükdə müxalifətdən ibarət olmasının da elə bir əhəmiyyəti yoxdur. Çünki deputatları istənilən vaxt səlahiyyətlərindən mərhum etmək imkanı var. Mənim düşüncəmə görə, parlamentə hətta radikal müxalifətin düşməsi belə, hökumət üçün təhlükə törətmir. Fikrimcə, parlamentdə müxalifətin geniş formada təmsil olunması islahatların sürətlənməsi, ardıcıllığın təmin edilməsi, narazı elektoratın müəyyən mənada islahatlara cəlb olunması, siyasi mübarizənin küçədən parlament daxilinə keçməsinə yardımçı ola bilər ki, bu da həm cəmiyyətin, həm də hökumətin maraqlarına tam uyğundur.

- Belə nəticə çıxarmaq olar ki, Siz, dolayısı yolla Prezidentin apardığı siyasəti dəstəkləyirsiniz...

- Mən bu siyasəti dəstəkləyirəm. Bu siyasətin prinsipial, ardıcıl olmasını istəyirəm. Fundamental addımlarda xalqın iştirakı olmalıdır. Yalnız xalq Prezidenti əks qüvvələrin hücumundan qoruya bilər. İstər daxili təsir olsun, istərsə də xarici. 

Vaqif NƏSİBOV 

AzPolitika.info

635x100

Şərhlər

Naxçıvanlı 2019-12-28 22:39:49

Sərdar Cəlaloğlu Məmmədovla Qurban Məmmədov qardaşdırlar.Amma hərəsi bir ustiqamətdə iqtidar partiyasnın örtülüi üzvləridir.

Ceferson 2 2019-12-26 14:01:09

Bəyəm, bütün İH və Nazirləri belə PA özü seçib, təyin etməyibmi?

Cefer son 2019-12-26 13:56:59

Haqq yol birdir. Neytral-öncəkilərin namizədliyi olmadan seçkilərdir!

istiqlalçı vətəndaş 2019-12-25 22:58:54

Sərdar bəy çox gözəl izahını verdi parlament daha qanunverici orqan kimi yox sadəcə olaraq formal bir qurum olacaqdır. Çünki,artıq parlamentin hakimiyyəti təsir qüvvəsi olmayacaqdır yəni istənilən vaxtı müxalif fikirli deputatı zərərlişdirmək ümkanı ümkün olacaqdır. Yəni istənilən deputatı hakimiyyətin siyasi iradəsinə qarşı çıxanı zərərləşdirmək mümkün olacaqdır. Çünki parlamenti istənilən vaxtı dövlət başçısı buraxa bilər yaxud xoşagəlməz deputatı şərləyib mandatı əlindən almaq da mümkündür. Xalqın səsi formal olacaqdır. Ancaq əslində deptatı geri çağırmaq ancaq xalqın səsi ilə olmalıdır. Siz deyin kimdir xalqı sayan dəyər verən hakimiyyət istədiyi siyasəti yürüdür xalq ilə razılaşmadan ün olacaqdır

Moshu 2019-12-25 22:39:16

Belə bir deyim var: halva-halva deməklə ağız şirin olmur. Sərdar bəy artıq bu xalqın nəbzini tutub, elə şirin-şirin danışır ki, adamın ağzının suyu axır. Birincisi, ondan başlayaq ki, Parlamentdə təmsil olunmaq istəyən şəxslər müstəqil dövlətin qanun yaradıcılığı ilə məşğul olur, bu dövlətin də başçısı cənab Prezidentdir. Cənab Sərdar bəy müsahibəsində qeyd edir ki, “Mehdiyevin nəzəriyyəsinin əsasında atalar, oğullar, sonra nəvələr gəlir və guya milli elita formalaşır. Mən o zaman buna etiraz etmişdim. Əslində, elita təbii şəkildə seçkilər vasitəsilə seçilir. Ceffersonun dediyi kimi, xalqın təbii aristokratları önə çıxır və xalqın taleyi ilə məşğul olurlar. Baxın, həbs edilən icra başçısının oğlu hakimdir. Digər oğlu korrupsiyaya qarşı mübarizə aparan idarədə müstəntiqdir. Bunlardan elita formalaşa bilərmi? Normalda onun oğlanları korrupsiyaya qarşı mübarizə aparmalıdırlar, amma ataları korrupsiya ilə məşğul olurdu.”. Bəli, Sərdar bəy tamamilə doğru buyurur. Mayası haramla yoğrulan kəslərdən heç bir zaman nə yaxşı övlad, hüquqşünas, cəmiyyətə yararlı insan olar, Qurban Məmmədovu tanımayan yoxdur, pis hüquqşünas, pis vəkil deyil, özünün də qeyd etdiyi kimi çox insanların müdafiəsində iştirak edib, çoxlarına bəraət verdirib. Gəlin görək bu gün Qurban bəy hansı mövqedədir? Təsəvvür edin ki, Sərdar bəy 40% müxalifətçilərdən biri kimi Parlamentə seçildi və bir dairənin seçicilərini təmsil etdi. Göz önünə gətirin, Sərdar bəy Parlamentdə qanun yapır, Qurban bəy isə .... bu kifayət qədər ciddi ittihamdır, “Azerfreedom”un gündəlik və keçmiş yayımlarına baxmaq kifayətdir). Tez-tez də dövlət çevrilişinə çağırışlar edir. Paradoksa fikir verin. Rəhmətlik Məşədi İbad demişkən: “tarixi Nadiri yarıya qədər oxumuşam, amma bir şey qanmıram”. Bu nə mənəviyyatdır, hansı əqidədən söhbət gedir? Mənəviyyatdırmı, əqidədirmi? Sərdar bəy iddia edə bilər ki, o, qardaşına görə məsuliyyət daşımır. Buna kimsə inanarsa onun məntiqi yoxdur. Daha sonra Sərdar bəy akademik Ramiz Mehdiyevin əsərlərindən sitat gətirir. Ölkə başçısı Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif edəndə akademikin İlham Əliyevə minnətdarlıq çıxışını yəqin ki, hamımız xatırlayırıq. Bu adam öz yazısını sona qədər oxuya bilmədi, onu höccələyə-höccələyə can dərdi sona yetirdi. Ayda bir kitab, iki ayda bir kitabı nə zaman vaxt tapırdı yazmağa? Bəs cənab R. Mehdiyevin gündəlik işini kim görürdü? Bəlkə də planetdə yeganə millətik ki, yaltaqlanmaqdan, məddahlıqdan, girənlikdən zövq alırıq. “Bəyin oğurlanması” filmində deyildiyi kimi, “uşaqlarımız da deyir atamız pul qazanmağa gedib”. Nədən biz vəzifə sahibinə yarınmağı, ona yaltaqlanmağı özümüzə şərəf bilirik? Əgər mən vəzifədə bir pillə aşağıyamsa özümdən böyüyün sözü mənə Quran ayəsi olmalıdır. Ruslar demişkən: Ты начальник я дурак, я начальник ты дурак. Xatirinizdədirsə Milli Məclis ölkə başçısına etdiyi müraciətdə qeyd edilmişdir ki, “öz səlahiyyətlərini artıq icra edə bilməməsi şəraitində Milli Məclis hesab edir ki, Azərbaycan parlamenti ölkədə aparılan genişmiqyaslı institusional və kadr islahatlarından geri qalamamalı, fəaliyyətini yenidən qurmalıdır. Buna görə də Milli Məclisin Konstitusiyanın 94-95-ci maddələrində nəzərdə tutulan səlahiyyətlərinin yuxarıda qeyd olunan müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadının yenidən qazanılması üçün Milli Məclis buraxılmalı və parlamentə növbədənkənar seçkilər keçirilməlidir”. Konkret “Azpolitika.info” saytından məlum olur ki, Hacı Madər, Fəttah Heydərov, Ziyad Səmədzadə və bir sıra başqa deputatlar təkrar olaraq namizədliklərini verəcəklər. Bəyəm Milli Məclis plenar iclas vaxtı ağıllı görkəmlə şəkil çəkdirməkdən, başqa deputatlarla marçıldamaqdan, hansısa şəxsi problemlərini müzakirə etməkdənmi ibarətdir? Gəlin görək bizim şanlı Məclisimiz nə gündədir? Apparatın böyük əksəriyyəti vəzifə sahiblərinin, icra başçılarının, nazirlərin övladları, bacısı, qardaşı uşaqlarıdır. Bunu bütün Parlamentin işçiləri bilirlər, lakin bir tikə çörəyə görə cınqırlarını çıxarmırlar, bir şöbənin işini 2-3 nəfər görür, qalanları isə gün keçirməklə məşğuldurlar. Bu gül balalar hansısa vəzifəyə getmək üçün Milli Məclisə bir tramplin kimi baxırlar. Elələri də var ki, il ərzində üst-üstə bir ay işdə olmurlar, xəstəlik kağızı ilə, icazə ilə şəxsi işlərilə məşğuldurlar. Bəli, bu gün nəinki deputatlar, o cümlədən Milli Məclisin Apparati da ağlar gündədir. Çox arzu edərdim ki, ölkə başçısı Parlamentin Aparatına da süpürgə çəksin. Bu gün Milli Məclis Aparatı işçilərinin maaşları normal səviyyədədir. Təsəvvür edin il ərzində nə qədər vəsait dövlətin büdcəsindən havayı yoxa çıxır (yuxarıda qeyd etdiyim işçilər heç bir iş görmədən bankomatın qarşısını kəsib ayın ortası və axırı kifayət qədər dövlətin büdcəsini talayırlar)? Parlament şişib hara gedir, Hesablama Palatası hara baxır? Sərdar bəy gəlib bu işlərimi qaydasına salacaq? Nə isə, Allahın bizlərə yazığı gəlsin

Moshu 2019-12-25 22:31:03

Belə bir deyim var: halva-halva deməklə ağız şirin olmur. Sərdar bəy artıq bu xalqın nəbzini tutub, elə şirin-şirin danışır ki, adamın ağzının suyu axır. Birincisi, ondan başlayaq ki, Parlamentdə təmsil olunmaq istəyən şəxslər müstəqil dövlətin qanun yaradıcılığı ilə məşğul olur, bu dövlətin də başçısı cənab Prezidentdir. Cənab Sərdar bəy müsahibəsində qeyd edir ki, “Mehdiyevin nəzəriyyəsinin əsasında atalar, oğullar, sonra nəvələr gəlir və guya milli elita formalaşır. Mən o zaman buna etiraz etmişdim. Əslində, elita təbii şəkildə seçkilər vasitəsilə seçilir. Ceffersonun dediyi kimi, xalqın təbii aristokratları önə çıxır və xalqın taleyi ilə məşğul olurlar. Baxın, həbs edilən icra başçısının oğlu hakimdir. Digər oğlu korrupsiyaya qarşı mübarizə aparan idarədə müstəntiqdir. Bunlardan elita formalaşa bilərmi? Normalda onun oğlanları korrupsiyaya qarşı mübarizə aparmalıdırlar, amma ataları korrupsiya ilə məşğul olurdu.”. Bəli, Sərdar bəy tamamilə doğru buyurur. Mayası haramla yoğrulan kəslərdən heç bir zaman nə yaxşı övlad, hüquqşünas, cəmiyyətə yararlı insan olar, Qurban Məmmədovu tanımayan yoxdur, pis hüquqşünas, pis vəkil deyil, özünün də qeyd etdiyi kimi çox insanların müdafiəsində iştirak edib, çoxlarına bəraət verdirib. Gəlin görək bu gün Qurban bəy hansı mövqedədir? Təsəvvür edin ki, Sərdar bəy 40% müxalifətçilərdən biri kimi Parlamentə seçildi və bir dairənin seçicilərini təmsil etdi. Göz önünə gətirin, Sərdar bəy Parlamentdə qanun yapır, Qurban bəy isə dövlət adamlarını olmaz sözlərlə təhqir edir (bu kifayət qədər ciddi ittihamdır, “Azerfreedom”un gündəlik və keçmiş yayımlarına baxmaq kifayətdir). Tez-tez də dövlət çevrilişinə çağırışlar edir. Paradoksa fikir verin. Rəhmətlik Məşədi İbad demişkən: “tarixi Nadiri yarıya qədər oxumuşam, amma bir şey qanmıram”. Bu nə mənəviyyatdır, hansı əqidədən söhbət gedir? Mənəviyyatdırmı, əqidədirmi? Sərdar bəy iddia edə bilər ki, o, qardaşına görə məsuliyyət daşımır. Buna kimsə inanarsa onun məntiqi yoxdur. Daha sonra Sərdar bəy akademik Ramiz Mehdiyevin əsərlərindən sitat gətirir. Ölkə başçısı Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif edəndə akademikin İlham Əliyevə minnətdarlıq çıxışını yəqin ki, hamımız xatırlayırıq. Bu adam öz yazısını sona qədər oxuya bilmədi, onu höccələyə-höccələyə can dərdi sona yetirdi. Ayda bir kitab, iki ayda bir kitabı nə zaman vaxt tapırdı yazmağa? Bəs cənab R. Mehdiyevin gündəlik işini kim görürdü? Bəlkə də planetdə yeganə millətik ki, yaltaqlanmaqdan, məddahlıqdan, girənlikdən zövq alırıq. “Bəyin oğurlanması” filmində deyildiyi kimi, “uşaqlarımız da deyir atamız pul qazanmağa gedib”. Nədən biz vəzifə sahibinə yarınmağı, ona yaltaqlanmağı özümüzə şərəf bilirik? Əgər mən vəzifədə bir pillə aşağıyamsa özümdən böyüyün sözü mənə Quran ayəsi olmalıdır. Ruslar demişkən: Ты начальник я дурак, я начальник ты дурак. Xatirinizdədirsə Milli Məclis ölkə başçısına etdiyi müraciətdə qeyd edilmişdir ki, “öz səlahiyyətlərini artıq icra edə bilməməsi şəraitində Milli Məclis hesab edir ki, Azərbaycan parlamenti ölkədə aparılan genişmiqyaslı institusional və kadr islahatlarından geri qalamamalı, fəaliyyətini yenidən qurmalıdır. Buna görə də Milli Məclisin Konstitusiyanın 94-95-ci maddələrində nəzərdə tutulan səlahiyyətlərinin yuxarıda qeyd olunan müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadının yenidən qazanılması üçün Milli Məclis buraxılmalı və parlamentə növbədənkənar seçkilər keçirilməlidir”. Konkret “Azpolitika.info” saytından məlum olur ki, Hacı Madər, Fəttah Heydərov, Ziyad Səmədzadə və bir sıra başqa deputatlar təkrar olaraq namizədliklərini verəcəklər. Bəyəm Milli Məclis plenar iclas vaxtı ağıllı görkəmlə şəkil çəkdirməkdən, başqa deputatlarla marçıldamaqdan, hansısa şəxsi problemlərini müzakirə etməkdənmi ibarətdir? Gəlin görək bizim şanlı Məclisimiz nə gündədir? Apparatın böyük əksəriyyəti vəzifə sahiblərinin, icra başçılarının, nazirlərin övladları, bacısı, qardaşı uşaqlarıdır. Bunu bütün Parlamentin işçiləri bilirlər, lakin bir tikə çörəyə görə cınqırlarını çıxarmırlar, bir şöbənin işini 2-3 nəfər görür, qalanları isə gün keçirməklə məşğuldurlar. Bu gül balalar hansısa vəzifəyə getmək üçün Milli Məclisə bir tramplin kimi baxırlar. Elələri də var ki, il ərzində üst-üstə bir ay işdə olmurlar, xəstəlik kağızı ilə, icazə ilə şəxsi işlərilə məşğuldurlar. Bəli, bu gün nəinki deputatlar, o cümlədən Milli Məclisin Apparati da ağlar gündədir. Çox arzu edərdim ki, ölkə başçısı Parlamentin Aparatına da süpürgə çəksin. Bu gün Milli Məclis Aparatı işçilərinin maaşları normal səviyyədədir. Təsəvvür edin il ərzində nə qədər vəsait dövlətin büdcəsindən havayı yoxa çıxır (yuxarıda qeyd etdiyim işçilər heç bir iş görmədən bankomatın qarşısını kəsib ayın ortası və axırı kifayət qədər dövlətin büdcəsini talayırlar)? Parlament şişib hara gedir, Hesablama Palatası hara baxır? Sərdar bəy gəlib bu işlərimi qaydasına salacaq? Nə isə, Allahın bizlərə yazığı gəlsin

Aqa 2019-12-25 19:16:57

Bizim 69 saylı Cəlilabad-Biləsuvar-Masallı seçki dairəsində səsvermə bitən zaman bəzi məntəqələrdə seçki qutuları Cəlilabad rayon icra başçısı Namiq Zeynalovun göstərişi ilə oğurlanmış və seçki dairəsinə apartdırılmışdır. Namizədlərin hüquqları pozulmuş, ən çox səs toplayanların səsləri azaldılmış, icra başçısının göstərişi ilə ən az səs toplayanların səsləri artırılmışdır." 69 saylı Cəlilabad-Biləsuvar-Masallı seçki dairəsində bələdiyyə üzvülüyünə namizədlərdən bir qrupu Miq.Az saytına göndərdikləri şikayət məktubunda bu barədə bildirilir. Şikayətçilərin sözlərinə görə, məsələnin kökündə bəzi adamlardan alınan külli miqdarda pul dayanır. Son dövrlərdə icra başçılarının həbslərinə baxmayaraq, bir çox rayonların icra başçıları köhnə əməllərini davam etdirir, cənab Prezidentlə, Vitse-prezidentlə xalq arasında uçurum yaradırlar: "69 saylı dairədə baş verənləri də onların ayağına yazırlar. Bu məntəqələrin seçiciləri icra başçısının müdaxiləsini cənab prezidentin göstərişi kimi sayırlar. Çünkü qutuları oğurlayanlar, bələdiyyə namizədlərinə bildirdilər ki, bizə göstəriş icra başçısından, ona da yuxarılardan gəlmişdir. Xalqa dövlət arasında uçurum yaradan bu cür icra başçılarının fəaliyyəti millətdə parçalanma yaradır, iqtidarın apardığı son günlərdəki fəaliyyəti şou sayır. Əgər belə deyilsə onda bu məsələyə cənab prezident, vitse-prezident müdaxilə etməli, 69 saylı Cəlilabad-Biləsuvar-Masallı seçki dairəsinin Ağdaş, Soyuqbulaq, Çünzəli və Vənlik məntəqələrində seçki nəticələrinin ləğv edilməsi haqqında göstərişinin Mərkəzi Seçki Komissiyasının göstəriş verməsinin şahidi ola bilərik"-deyə şikayət məktubunda bildirlir. Şikayətçilər Miq.az saytına göndərdikləri məktubda ölkə başçısına da müraciət ünvanlayıblar: "Cənab Prezident, xalqla dövlət arasında uçurum yaradan məmurların cəzalandırmasını sizdən böyük ümidlə gözləyirik." Sonda o da qeyd olunub ki, əgər icra başçısı və seçki saxtakarlığı edənlər cəzalandırılmasalar, 9 fevralda ölkədə keçirilən növbədənkənar parlament seçiləri 4 kəndin sakinləri tərəfindən baykot ediləcək.

Hüseyn Həsənov 2019-12-25 14:30:51

Sərdar beyin Prezdentin siyasətini dəstəklədiyini anlamaqda şətinlik çıkirəm. İndiyə qədər deyirdi ki, torpaqların azad edilməsində dövlətin apardığı siyasəti bəyənmirən. İndi isə deputat olmaq üşün 380 dərəcə dəyişib. Deməli bu millət vəzəfə xəstəsidir. Alqış bu ölümə, əhsən şirinə, öldürən şirinə, ölən şirinə! Görünən odur ki, bu millət vəzifə almaq üçün ı

Sərdar Cəlaloğluna 2019-12-25 11:32:43

Ramiz Mehdiyev bu adamları Yeni Azərbaycan partiyasının qabaqcıl üzvlərində gətirib.Gör bir bu partiya Azərbaycana nə qədər ...

t.ədalət 2019-12-25 10:02:59

Sərdar müəllim,"parlamentin 40 faizini" müxalifətə vermək sadəlövhlük olardı.Müxalifətin 10 faizi sağlam qüvvədir.Axı,ora .... s.anti milli qüvvələır də soxulub.Məs.Musavat partiyasının "tanınmışları" İsa Qənbər müvəqqəti imkanı zamanı İcra başçılarını rüşvətlə təyin edirdi.(Masallının İB-sı A.Niftiyevi böyük məbləğə vəzifəyə qoymuşdu)Yaxud elələrini seçirdilər ki,onlar ətrafına öz zonalarından olanları toplayırdılar.(M.İsmayıl)Məqsəd xalqın diqqətini dövlətçilikdən yayındırmaq idi.Odur ki,müxalifətçi yox,xalqa sadiq olan səriştəli adamları parlamaentə seçmək lazımdır.

Son yazılar