Menu

Putinin qızı hökumət şurasının üzvü seçilib - FOTO

27.12.2019, 13:47
Putinin qızı hökumət şurasının üzvü seçilib - FOTO

Rusiya prezidenti Vladimir Putinin qızı olduğu deyilən qadın idman və bədən tərbiyəsi üzrə yenicə təşkil edilmiş hökumət şurasının üzvü seçilib.

Katerina Tixonova baş nazirin müavini Olqa Qolodetsin rəhbərlik etdiyi 28 nəfərdən ibarət şuranın üzvü olacaq. Bir neçə media qurumları indiyədək Tixonovanın Putinin iki qızından biri olduğuna dair materiallar dərc edib.

Putin dekabrın 19-da keçirilən böyük mətbuat konfransı zamanı Tixonovanın onun qızı olub-olmadığına dair sualın cavabından qaçmışdı.

BBC Rus xidmətinin müxbiri Putindən Yekaterina Tixonovanın və Mariya Vorontsovanın onun qızları olduğunu etiraf edib-etməyəcəyini və prezident övladlarının cəmiyyət üçün nə vaxt açıq olacaqlarını soruşmuşdu.

Putin bu sualın cavabına “siz iki qadının adını çəkdiniz” ifadəsi ilə başlayıb, amma təkcə onu deyib ki, mediada “onun qızının” adı ilə bağlanan İnnopraktika layihəsi Moskva Dövlət Universiteti rektorunun təşəbbüsüdür.

Yeni hökumət şurası idman və bədən tərbiyəsinin inkişaf etdirilməsi məqsədilə yeni layihələr təklif etməli, tədbirlər keçirməlidir.

Sözü gedən şuranın digər üzvləri arasında idman naziri Pavel Kolobkov, Rusiya Dəmir Yolları şirkətinin baş direktoru Oleq Belozerov, müdafiə naziri Sergey Şoyqunun qızı Kseniya Şoyqu da var. (azadliq.org)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol