Menu

“Real-Madrid” İspaniya Super Kubokunun finalına vəsiqə qazanıb

09.01.2020, 01:14
“Real-Madrid” İspaniya Super Kubokunun finalına vəsiqə qazanıb

Futbol üzrə İspaniya Super Kubokununun yarımfinal matçında “Real-Madrid” klubu “Valensiya”nı məğlub edib.

“Report” xəbər verir ki, Ciddə şəhərində baş tutan görüş “Real”ın 3 -1 hesablı qələbəsi ilə başa çatıb.

Madrid komandasından qolları Toni Kroos, İsko və Luka Modriç vurub.

Yeganə təsəlli qolun müəllifi Dani Parejo olub.

Finalda “Real-Madrid” “Barselona” – “Atletiko” cütünün qalibi ilə görüşəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol