Menu

BAĞIŞLA MƏNİ, MƏNİM BALAM... - O məsum baxışlarına məhəl qoymadan yandırdım, səni!

09.01.2020, 22:40
BAĞIŞLA MƏNİ, MƏNİM BALAM... - O məsum baxışlarına məhəl qoymadan yandırdım, səni!

Bağışla, qızım... Bağışla, balam, mən sənə əmilik, dayılıq, qardaşlıq, atalıq edə bilmədim...

Sən məndən çox şey gözləyirdin, ən azı yaşamaq qədər, yaşlanmaq qədər. Arzularına çatmaq qədər, oxumaq qədər…Əl qaldırıb oynamaq qədər…Haqqın idi. Bütün uşaqların, uşaqlarımın haqqı kimi.

Sən mənə inanırdın, gecənin şərindən, qaranlığından qorxmadan mənə doğru gəlirdin...

Çünki sən məni sevirdin. Əmi kimi, dayı kimi, qardaş kimi, ata kimi. O kiçik ürəyinlə gözləyirdin, inanırdın, sevirdin...

O kiçik ürəyində bir sevinc vardı, şadlıq vardı...Toy olacaqdı, sən də qaçacaqdın toy maşınlarının arxası ilə...Oynayacaqdın yaşıdlarınla...Və bir ömür boyu yadda qalacaq sevinc yaşayacaqdın...

Sonra Yeni İl olacaqdı...Balaca evinizə gəlməsə də, xəyallarına gələcəkdi Şaxta baba, Qar qız...Xəyallarında arzularını deyəcəkdin körpə pıçıltılarınla...Evinizə istilik arzulayacaqdın... Çoxlu oyuncaqlar, güllü donlar...

Bir də baharı arzulayacaqdın.... Saçına güllərdən düzəlmiş çələng taxmaq üçün...Tək-tük şəkillərində saçına taxdığın çələngdən...

Böyüməyi arzulayacaqdın...Yandırdım, əlim titrəmədən, böyük ürəyimlə yandırdım, səni də, sənin gözləntilərini də, arzularını da, sevgini də...

Əmi, dayı, qardaş, ata kimi üzümə baxdığın o məsum baxışlarına məhəl qoymadan yandırdım...Bağışla məni, bağışla, mənim balam...

Daha mənə heç kim əmi, dayı, qardaş, ata kimi baxmayacaq, inanmayacaq, sevməyəcək...

Sən Novruz tonqalı bilirdin, odu, alovu... Arzuların yandığı od da olurmuş… Bəlkə də, bilsəydin, baharı heç sevməzdin...

Arzulamazdın, gözləməzdin. Bu bahar sənsiz olacaq, bu həyat sənsiz davam edəcək...

Kitabların sənsiz oxunacaq... Her səhər sevə-sevə çiyninə taxdığın çantan daha açılmayacaq...

Utanıram, çox utanıram, baxa bilmirəm o məsum baxışlı şəklinə... O şəkildən yalnız bir sual dolu gözlər baxır mənə: “Axı niyə? Ay əmi… Ay dayı, qardaş… Ay ata...”

Amil 

AzPolitika.info

Şərhlər

Elmir 2020-01-12 20:00:58

Bezen ele hadiseler bas verirki sozlerimi ifade etmeye bele soz tapa bilmirem.Mekanin cennet olsun .Ruhun sad olsun

Ali 2020-01-09 23:16:15

Herseye yaziqlanmaq duygularini soxmaga calisinca cemiyyetden cahilliyin redd elemeyin yollarini axtarin. Sou proqramlar duzeldib aglamalinski et token bayagiligi qoyun kenara.vehsiliyin menbeyini axtarin qaynaq noqtelerini arasdirinki nedir bu beyinin formalawmasinin menbeyi.

Elli 2020-01-09 20:52:46

Allah rəhmət eləsin, allah səbr versin! Mütləq qatil və ya qatillər tapılıb ən ağır cəzaya məhkum edilməlidir.

NİRəddin 2020-01-09 20:20:34

BAXIŞLARI İLƏ QƏLBLƏRİ ODLAYAN BU QIZCIĞAZA ALLAHDAN RƏHMƏT DİLƏYİR,, BU KƏDƏRLİ REKVİEMƏ GÖRƏ AMİL BƏYƏ TƏŞƏKKÜR EDİRƏM.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol