Menu

"Ukrayna təyyarəsinin vurulmasına görə İran məsuliyyət daşıyır" - İsveçin baş naziri

11.01.2020, 16:10
"Ukrayna təyyarəsinin vurulmasına görə İran məsuliyyət daşıyır" - İsveçin baş naziri

İran Ukrayna təyyarəsinin vurulmasına görə məsuliyyət daşımalıdır.

“Report” “Dagens Nyheter”ə istinadla xəbər verir ki, bu barədə İsveçin baş naziri Stefan Löfven bildirib.

“Təyyarənin vurulması dəhşətli və yolverilməzdir. Mülki təyyarənin isə vurulması qəti pislənilməlidir. İran buna görə, o cümlədən zərərçəkənlər qarşısında tam məsuliyyət daşımalıdır... İran təyyarənin vurulmasına məsuliyyəti üzərinə götürüb. Onlar bunun səhvən baş verdiyini iddia edir. Bu açıqlama baş verənlərin bütün təfərrüatını aşkarlamaq üçün hərtərəfli və şəffaf araşdırma aparmaq üçün əsas verir”, - hökumət başçısı vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol