Bakıda qapısı bağlı qalan mənzildə meyit aşkar olunub

Bakıda mənzildən meyit tapılıb.

APA xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olub.

Məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Səfərova Ofeliya Şahgəldi qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar