Menu

"Qarabağın açarı Kremldədir" - Jirinovski

27.09.2014, 12:19
"Qarabağın açarı Kremldədir" - Jirinovski

Vladimir Jirinovski Dağlıq Qarabağla sualı cavablandırıb

"Dağlıq Qarabağ münaqişəsinin açarı Kremlin əlindədir".

ANS-in məlumatına görə, bu barədə sözləri jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.

O bildirib ki, Azərbaycan Rusiya ilə dost ölkədir və hər şey yaxşı olacaq. RLDP sədri qeyd edib ki, bütün məsələlər öz həllini tapacaq.

Qeyd edək ki, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski artıq iki gündür ki, Bakıda rəsmi səfərdədir. Jirinovski artıq Bakıda bir neçə görüşlər keçirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol