HADI RƏCƏBLİ MİLLİ MƏCLİSDƏKİ KABİNETİNİ BOŞALTDI

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentlə xudahafizləşib. “Report”un əldə etdiyi məlumata görə, H.Rəcəbli artıq Milli Məclisdəki kabinetindən əşyalarını çıxarıb.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının dünən keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizədlər Bəşirov Rəvan və Əzizxan Əzizovun müraciətinə baxılıb. İclasda Hadi Rəcəblinin lider olduğu dairənin 27 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilib və 74 saylı Lənkəran kənd seçki dairəsinin nəticələri ləğv edilib.

Xatırladaq ki, 1947-ci il təvəllüdlü H.Rəcəbli ilk dəfə 1985-ci ildə 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 1990-cı ildə onu səlahiyyət müddəti bitib. Növbəti dəfə parlamentə (bu dəfə Milli Məclisə) 1995-ci ildə üzv olan H.Rəcəbli həmin vaxtdan indiyədək deputat idi.

635x100

Şərhlər

dadaşov 2020-02-14 13:25:58

ayıbdı e .utanməır hələ deputat olmaq istəyir yenidən.Xalqin nifrətini qazanan bir adam necə xəcalət çəkmir ilahi.

Oqtay 2020-02-14 12:53:40

Nəvələri ilə əylənsin. Şeirdə deyildiyi kimi, "Mənzil uzaq, ömür yarı".

Oqtay 2020-02-14 12:53:14

Nəvələri ilə əylənsin. Şeirdə deyildiyi kimi, "Mənzil uzaq, ömür yarı".

Mirzə AĞ 2020-02-14 10:39:03

Vaxsey! İndi biz nə edəcəyik? Hadısız parlament 5 qəpiyə dəyməz... Şaxsyyy!!!

Mirzə AĞ 2020-02-14 10:24:20

Vaxsey! İndi biz nə edəcəyik? Hadısız parlament 5 qəpiyə dəyməz... Şaxsyyy!!!

Son yazılar