Menu

Qızılın qiyməti son 7 ilin rekordunu vurub

24.02.2020, 09:59
Qızılın qiyməti son 7 ilin rekordunu vurub

Qızılın 1 unsiyasının qiyməti 2,2% artaraq 1 679,7 ABŞ dollarına çatıb ki, bu da 2013-cü ilin fevral ayından etibarən ən yüksək qiymətdir.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bunun əsas səbəbləri kimi koronavirusun yayılması və sözügedən virusun qlobal iqtisadiyyata zərər verəcəyinə dair artan narahatlıqdır.

Qeyd edək ki, ötən həftə ərzində qızıl 3,8% bahalaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol