Menu

Cəbhə xəttində yenidən atışma - Bir erməni hərbçisi ölüb

10.03.2020, 21:08
Cəbhə xəttində yenidən atışma - Bir erməni hərbçisi ölüb

Cəbhə xəttində atışma nəticəsində bir erməni hərbçisi ölüb.Virtualaz.org bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Martın 10-da, saat 15: 30-da Azərbaycan Silahlı Qüvvələrinin şimal-şərq istiqamətindən açdığı atəş nəticəsində müqavilə ilə xidmət edən əsgər, 1994-cü il təvəllüdlü sıravi Zohrab Sianosyan sinəsindən ağır yaralanıb", - deyə məlumatda bildirilib.

Qeyd olunur ki, bir gün əvvəl Ermənistanın Baş Qərargah rəisi bu zonaya səfər edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol