““LUKOYL”U VAHİD ƏLƏKBƏROVDAN ALMAQ İSTƏYİRLƏR...” - Rusiyalı ekspertdən ilginc iddialar

Putini “OPEK+” sazişi çərçivəsində hasilatı azaltmaqdan imtina etməyə sövq edən İqor Seçinin məqsədi nədir?

Dünya bazarında neftin qiymətinin kəskin şəkildə ucuzlaşması bir neçə səbəbləəlaqələndirilir. Bu səbəblər arasında koronavirus epidemiyasının dünya iqtisadiyyatına vurduğu zərbə daha çox önə çəkilir. Lakin bir çox tanınmış ekspertlər bu iddiayla razılaşmırlar və bildirirlər ki, yeni epidemiyanın neftin qiymətinə təsirləri özünü bu dərəcədə qısa müddətdə və kəskin formada göstərməməli idi. Onların fikrincə, qiymətə təsir göstərən əsas amil daha çox Rusiya ilə SəudiyyəƏrəbistanı arasındakı “neft müharibəsi”dir.

Xatırladaq ki, Rusiyanın “OPEK+” sazişi çərçivəsində hasilatı azaltmaqdan imtina etməsi Səudiyyə Ərəbistanının kəskin addımlar atması ilə nəticələndi. İddiası və sərtliyi ilə Vladimir Putindən heç də geri qalmayan şahzadə Məhəmməd ibn Salman dərhal “cavab zərbəsi” endirərək, neftin qiymətində kəskin endirimlərə getdi. Bununla ərəblər açıq şəkildə bazardakı digər oyunçuların mövqelərini ələ keçirmək niyyətlərini ortaya qoydular. Nəticə isə göz qabağındadır, neftin qiyməti 30 dollaradək enib.

Bəs Rusiya “OPEK+” sazişilə bağlı bu cür neqativ addım atarkən özü üçün belə xoşagəlməz situasiyanın yaranacağını, yəni neftin ucuzlaşacağını əvvəlcədən görmürdümü? Nədən Moskva hasilatın azaldılmasına getmədi?

Rusiyada kifayət qədər tanınan, nüfuzlu iqtisadçı ekspertlərdən biri sayılan Vladislav İnozemtsev “Novaya Qazeta”ya verdiyi müsahibədə bu suallara cavab verməyə çalışıb və bir çox digər maraqlı məqamlara toxunub.

Ekspert iddia edib ki, neftin qiymətilə bağlı yaranmış situasiyada Rusiya rəhbərliyinin, xüsusilə də “Rosneft”in başçısı İqor Seçinin səhv qərarlarının rolu böyükdür. Belə ki, hasilatın azaldılması ilə bağlı ərəblərlə razılaşmanın əldə edilməməsi səhv addım olub.

V.İnozemtsev qeyd edib ki, məhz İ.Seçin belə bir addımın atılmasında israr edib. Ekspert bununla da guya ABŞ-dakı “slans nefti” istehsalçılarının müflisləşəcəyinə dair Rusiyanın neft idarəçilərinin iddialarını gülünc adlandırıb və qeyd edib ki, nəticədəən böyük zərər məhz Rusiyaya dəyir.

Çünki ABŞ hökuməti həmin şirkətləri maliyyə cəhətdən dəstəkləmək üçün ucuz kreditlər və s. alətlər vasitəsiləəlindən gələni edəcək. Bu “neft müharibəsində” Rusiyanın imkanları isə məhduddur. Ən azından ona görə ki, Rusiya neftinin maya dəyəri yüksəkdir və hasilatın daha da artırılması Moskvanın özü üçün sərfəli deyil.

V.İnozemtsev “Rosneft” rəhbərliyinin “OPEK+” sazişilə bağlı mövqeyini şərh edərkən bir maraqlı məqama da toxunub. “Novaya Qazeta”nın “Rosneft” rəhbəri İqor Seçinin bu addımının mümkün motivlərilə bağlı sualına cavab verən ekspert deyib: “Ola bilsin ki, o (İqor Seçin-red.), qiymətin kəskin düşməsini istəyir. Ondan ötrü ki, “Lukoyl”un kapitallaşması iki dəfə azalsın, sonra isə cinayət işi vasitəsilə həmin şirkəti Vahid Ələkbərovdan alsın. Necə ki, “Başneft”lə bağlı belə olmuşdu. Hər şey ola bilər. Biz bilmirik Seçinin ağlındakı nədir. Hər necə olsa, martın 1-də Putinin yanında keçirilən toplantıda Seçindən başqa heç kim sazişin dayandırılmasına tərəfdar deyildi.”

Xatırladaq ki, doğrudan da 2015-2016-cı illərdə “Başneft” bir zamanlar Rusiyanın ən varlı şəxslərindən olan Vladimir Yevtuşenkovun əlindən alınmışdı. Ona qarşı qaldırılan cinayət işi sonradan ləğv olunsa da, nəticədə V.Yevtuşenkovun varidatı 9 milyard dollardan 2 milyarda enmişdi.

Ekspert öz müsahibəsində xatırladıb ki, 2015-ci ildə də “Rosneft”in veksellərlə bağlı atdığı addımlar Rusiya iqtisadiyyatına ağır zərbə vurmuş, neft dünya bazarında 29 dollaradək ucuzlaşmış, rus rublu kəskin şəkildə ucuzlaşaraq, 1 dollar üçün 85 rubl səviyyəsinə enmişdi. Hazırda da eyni situasiya müşahidə olunur və dollar 75 rubl həddinə qədər artıb. Ekspertin fikrincə, bütün bunlar təsadüfi deyil.

V.İnozemtsevin fikrincə, hökumət yaxın 2 ayda məzənnəni 1 ABŞ dolları üçün 72-75 rubl aralığında saxlamağa çalışacaq. Lakin hər şey koronavirus epidemiyasının sonrakı gedişatından da daha çox səudiyyəlilərin mövqeyindən asılıdır. O, deyib ki, neftin qiyməti SəudiyyəƏrəbistanının hasilatı hansı səviyyəyə qədər artırmasından və qiymət endirimi siyasətilə bazarda hansı mövqeləri zəbt edə bilməsindən asılıdır. Bu isə eyni zamanda Rusiya rublunun gələcək taleyinə birbaşa təsir edən vacib amildir.

İnozemtsev rublun taleyilə bağlı fikrini isə belə tamamlayıb: “Bir sözlə, rublun taleyi Məhəmməd ibn Salmanın iradəsindən asılıdır – Allah onu saxlasın...”

Cəlal Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

TURAL 2020-03-19 16:04:21

Vahid Ələkbərov nəyə görə yanan barmağa su tökməlidiiki Azərbaycanda?

AQAYEV 2020-03-19 11:50:03

Rüsiyanın cökməsi bizə dərmandır AMMA bizimkilər cıxış yolu tapmalıdır. İstifadə yolu yox.O ki qaldı V Ələkbərova onun varlıqı iylə yoxluqu AZƏRBAYCANA nə verir.

Alı 2020-03-19 10:33:10

Başqası yazsaydı heyrət etməzdim, Ancaq siz doğrudanmı сланец-in dilimizdə ŞİST olduğunu bilmirsiniz? Bu kobud səhvi təcili düzəldinr!!!

t.ədalət 2020-03-18 16:12:28

Yıxılmaqda olan Rusiyanı nə ağır zireehli texnikalar,nə də ki nüvə başlıqlı raketlər xilas edə bilər.Tanrı günahsız insanların,körpələrin və qocaların amansız qatili olan Rusiyanı ağır cəzalandıracaq.Amin,Allah!

Elli 2020-03-18 13:17:56

Vahid Ələkbərov bu günə kimi Azərbaycanda hansı yanan barmağa su tökmüşdü ki?

Son yazılar