Menu

Ermənistanda koronavirusa yoluxanların sayı 160-a yüksəlib

21.03.2020, 13:24
Ermənistanda koronavirusa yoluxanların sayı 160-a yüksəlib

Ermənistanda koronavirus infeksiyasına yoluxanların sayı 160 nəfərə çatıb.

Bu barədə “Sputnik” Ermənistanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Milli Mərkəzinə istinadla xəbər yayıb.

Yoluxanlardan bir nəfər sağalıb, 11 nəfərdə sətəlcəm inkişaf edib ki, bunlardan üçünün reanimasion tədbirlərə ehtiyacı var.

Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, qalan yoluxanlar özlərini normal hiss edir.

Ümumilikdə, 600-ə yaxın vətəndaş məcburi karantinə yerləşdirilib. (oxu.az)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol