Hərbi xidmətə çağırış saylarının iki dəfə azaldılması təklif olunur

“Dünyanın heç bir yerində həqiqi hərbi xidmətə 4 dəfə çağırış yoxdu. Çağırış iki dəfə olur: yaz və payız çağırışları”.

“Report” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, Azərbaycanda da həqiqi hərbi xidmətə çağırış iki dəfəyə keçirilməlidir:

“Çünki o vaxt zərurət vardı. Orduda xidmət etməyə insanlar çatışmırdı. İndi isə artıq insanlar hərbi xidmət keçmək üçün müraciət edir. Bu da insanlarımızda hərbi vətənpərvərlik ruhunun çox olduğunu göstərir”.

635x100

Şərhlər

t.ədalət 2020-03-30 12:50:18

Bu,çox ağıllı təklifdir.Həm də əsgərlik müddətinin azaldılmasına ciddi ehtiyac var.Ali təhsillilər 8 ay,digərləri bir il müddətinə xidmət etməlidir.

Son yazılar