KARANTİN REJİMİNİN UZADILACAĞI DƏQİQLƏŞDİ - Prezidentdən açıqlama

"Karantin rejimi aprelin 20-nə qədər nəzərdə tutulub. Ancaq mütəxəssislərin vahid fikrinə görə karantin rejimi uzadılmalıdır. Hesab edirəm ki, bu düzgün addım olacaq, çünki müsbət dinamika hələ ki, ilk təzahürlərini göstərməkdədir".

Bu sözləri Prezident İlham Əliyev iki nazirlə- Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirilən iclasda deyib.

Dövlət başçısı bildirib ki, biz bu dinamikanı dayanıqlı etməliyik: "Ona görə Operativ Qərargah yaxın vaxtlarda bu məsələ ilə bağlı məlumat verəcək. Karantin rejiminin uzadılması yeganə düzgün qərardır".

Prezidenti İlham Əliyev qeyd edib: “Baxmayaraq ki, Azərbaycanda pandemiya ilə bağlı vəziyyət nəzarət altındadır biz öz tədbirlərimizi vəziyyətə uyğun şəkildə almalıyıq. Bizim üçün prioritet məsələ dəfələrlə qeyd etdiyim kimi insanların sağlamlığı, həyatı və sosial müdafiəsidir”.

635x100

Şərhlər

Kasıb 2020-04-18 19:00:06

vətəndaşların bəziləri şəhərdə yaşamaqlarına baxmayaraq kəndlərdə torpaq sahələri var.. Həmin torpaq sahəsindən əkməlisən ki. qışda çətinlik kəçməyəsən ? Həmin sahəyə getməyədə icazə verməyirlər.. 2 - saata hara getmək olar ? Qarantin rejimini yumşaltmaq lazımdır ki, işimizi görək. Bizə kənardan gələn gəlir yerimiz yoxdur axı ?

kasıb 2020-04-17 21:25:46

kasıb təbəqəyə gündəlik çörək pulu üçün işləmək lazımdır. Ona görə də bir yol fikirləşib insanların işləməsi üçün bu rejimi yumşaltmaq lazımdır.

omer 2020-04-17 17:40:05

gorek operativ stab ne deyecek

t.ədalət 2020-04-17 17:00:51

Xalqı heç bir təcrübəsi olmayan,hətta əsgəri xidmətə belə getməyən iki nazirin ümidinə buraxmaq olmaz...

t.ədalət 2020-04-17 16:58:16

Biz bu rejimin uzadılmasının xalqın xeyrinə olduğuna necə inanaq?Axı,virusun bol olduğu ölkələrlə kommersiya əlaqələri dayandırılmır..Əgər karantin zəruridirsə,hökumət üzvlərinə də aid olmalıdır.Xalqı qəfəslə imtahan etmək doğru seçim deyil.

Son yazılar