Menu

MN-də daha 2 general, bir polkovnik vəzifəsini itirdi

29.10.2013, 11:32
MN-də daha 2 general, bir polkovnik vəzifəsini itirdi

Müdafiə Nazirliyində kadr islahatları davam edir. Dünən daha 2 general vəzifəsindən çıxarılıb. Bu barədə hərbi ekspert Üzüyir Cəfərli məlumat yayıb.

"Dünən yeni müdafiə naziri general-polkovnik Zakir Həsənov MN-nin Arxa Cəbhə İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Piri İsrafilovu tutduğu vəzifədən azad edib. Xatırladım ki, adıçəkilən general bu il 26 iyun tarixində bu rütbəyə layiq görülənlərdəndi. Və onun general olması bir çoxları üçün şok effekti yataratmışdi. O MN-nin Yanacaq-sürtkü materiallarına cavabdehlik daşıyan şəxs idi..."

Hərbi ekspertin digər məlumatına görə, Silahlı Qüvvələrin Akademiyasının rəisi general-mayor Nəcəf Qəmbərov da vəzifəsindən çıxarılıb. Onun yerinə isə  general-mayor Altay Mehdiyevin təyin olunduğu bildirilir.

"Digər maraqlı bir xəbər isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi vəzifəsini icra edən polkovnik Mirzəli Yusifovla bağlıdır. Uzun müddət MN-nin Mühafizə Alayının komandiri olmuş bu şəxs də verilən məlumata görə tutduğu vəzifədən kənarlaşdırılıb. Və hesab edirəm ki, bu da düzgün qərardır. Çünki, bu şəxs Qarabağ savaşının ən qızğın çağında Murovdağda yerləşən hərbi hissəyə təyinat almasına baxmayaraq, xidmət yerinə deyil... Rusiya getmişdi. Sonra isə çox müəmmalı şəraitdə MN-də peyda oldu və vəzifəyə təyinat aldı. Hörmətli Hərbi Prokurorluq bu məsələyə niyə aydınlıq gətirməyib bu günə kimi, deyə bilmərəm. Amma Mirzəli Yusifovun "belində" cinayət işi hələ də açıq qalır..

Hərbi Məktəbin zabitlərindən biri polkovnik Mübariz Rzayev MN-nin komendantı təyin edilib. Müdafiə Nazirliyində elə bir şok təyinat həyata keçirilib ki, şəxsən mən inanmaq istəmədim və gözləyirəm ki, nazirlik təmsilçiləri özləri buna aydınlıq gətirsinlər.  Olmazsa gün ərzində ehtiyatdan gətirilmiş bir baş leytenantın mühüm bir ocağa necə və niyə rəhbər təyinatına münasibet bildirəcəyik.

Digər təyinatlar da həyata keçirilib."

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol