Menu

“MƏN DƏ 3 MİLYONU ÇOVDAROVA HALAL EDİRƏM” - Tağı Əhmədov

23.04.2020, 12:26
“MƏN DƏ 3 MİLYONU ÇOVDAROVA HALAL EDİRƏM” - Tağı Əhmədov

“Bakı metropoliteni”nin sabiq sədri Tağı Əhmədov ondan 3 milyon manat rüşvət alan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovun həbsdən azad olunmasına münasibət bildirib.

T.Əhmədov Unikal.org-un əməkdaşının “Akif Çovdarov azadlığa çıxıb, 3 milyonunuzu ondan geri alacaqsınızmı?” sualına sensasion cavab verib: 

“Birincisi, Akif Çovdarovdan pulu mən tələb etmirəm. İkincisi, onunla görüşmək və sifətini görmək niyyətim də yoxdur. Əgər dövlətimiz o pulu ona halal eləyibsə, mən də ona halal edirəm. Üçüncüsü də onun məndən aldığı pulu dövlət alıb, geri qaytarmalıdır. Akif kimdir ki, mən onunla görüşüb, pulumu tələb edim?”.

Şərhlər

İsmayıl 2020-04-23 15:14:55

O kimdir deyir? 3 milyonu verəndə bimirdin- okimdir?!

Əli 2020-04-23 12:43:13

o 3 milyonları haradan almısan?

elxan 2020-04-23 12:33:32

Kişii bu yoxsa nələr nələr yazmaq olar binin barəsində yetməz ya...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol