Türkiyədə daxil olmaqla, İslam dünyasının böyük hissəsində bu gündən Ramazan ayı başlayıb, inançlı insanlar oruc tutur.
Ancaq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının verdiyi fətvaya əsasən Azərvaycanda bu gün müsəlman aləmi üçün niyyət gecəsidir və sabahdan – 25 apreldən etibarən Ramazan ayı başlayır.
Halbuki, elmi mənbələr də Ayın dünən axşam təzələndiyini təsdiqləyir. Buna görə də Azərbaycandada xeyli insan bu gündən, yəni aprelin 24-dən oruc tutub.
Ancaq həmişə olduğu kimi bu il də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının verdiyi fətvva ölkədə orucluqla bağlı ikitirəlik yaradıb. Modern.az-a danışan Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman deyir ki, guya bu gün Ramazan ayı üçün oruc tutanlar düzgün etmir: “Sabah orucluğun birinci günüdür. Bu gün oruc tutanlar Şaban ayının son orucunu tutmalıdır. Qafqaz Müsəlmanlar İdarəsi elan edib ki, Ramazan ayı sabah başlayır. Bu gün üçün niyyət edib tutanlar düzgün etmirlər. Hər kəs sabahdan Ramazan ayı üçün oruc tutmalıdır, başqa cür ola bilməz”.
Deputat Fazil Mustafa isə oruc tutmağa bu gün başlayanlardandır. Deputat deyir ki, kimin hansı gündə oruc tutmağa başlamasına kimsə qərar verə bilməz:
“Orucu hansı gündə tutmaq insanın şəxsi seçimidir. Bu İslamın mahiyyətinə toxunan məsələ deyil. Hər kəsin öz savabı, öz günahı var. İslam məntiqi ilə Ramazan ayı bu gün başlayıb, mən də bu gündən etibarən oruc tutmağa başlamışam. Hansısa siyasi mülahizələrlə və başqa məsələlərlə orucluğun başlaması bir gün sonraya çəkilirsə, artıq bunu da problemə çevirmək lazım deyil. Yəni hər kəsin inancı özünə aid olan məsələdir. Kimsə sabahdan oruc tutmağa başlasa, onlar da özlərinə görə haqlıdır. Heç kimi bu gün ya da sabah oruc tutmasına görə qınamaq düzgün deyil. Bütün müsəlman dünyasının əksəriyyəti bu gündən oruc tutmağa başladığı üçün mən də bu gün başlamağa qərar verdim. Amma dediyim kimi, kimsə bu məsələyə qarşımamalıdır, kimin haqlı ya da haqsız olduğuna Allah bilər”.

Şərhlər
Əvvəla onu qeyd edim ki₼
kisi duz deyir biz helede faise iranin dini yalanlariyla yasayiriq
Səni ona deputat seçiblər ki mollalıq eliyəsən?
Birliyi iran fitfasına gedənlər pozur.Oruc 24 dən dünya ölkələrinin çoxunda başlayıb
Paşazadə həmişə İranın quyruğunda gedir və milləti də farslara tərəf sürükləyir.
Fazil bəy haqlıdır! Hər kəs özü bilər. Mən də ayın 24-də oruca başladım. Çünki doğrusu budur. QMİ isə, nədənsə İranla ayaqlasir. Gülünc arqument də odur ki, guya ay gorunməyib. Bütün dünya müsəlmanları ayı gördü, lakin İranla biz ayla qaçdı-tutdu oynayiriq. Ay bircə bizə görünmür ..... Maraqlı və qəribədir. Bəlkə gələn dəfə aya rüşvət verək?
Ayın 23 niyyət axşamıdı, 24 də Ramazanın 1 ci günüdür.
Fazil bey sizin kimi insanlara gore biz hec vaxt bir ola bilməyəcik.Deputat olasan belə danışasan!!! Dövlətimizə və dövlətimizə çıxan qanunlara hörmət edək!!!
Here is işini layiqilə görsə heç kim əziyyət çəkməz deputat gərək öz işini görsün dindar da gərək öz işini görsün deputat DİN işinə qarışanda öz işin yadından çıxarar
el dindarlar ucun ramazanin ne vaxt girmeyinin ferqi yoxdur.F.Mustafa oz fikrini bildirib amma ozunu daha agilli gostermek isteyib. Qarnina oruc vuranlar ucun ORUCLUGUN NE VAXT GIRMESININ FERQI VAR.amma ALLAHIN emr etdiyi orucluq..RAMAZAN butun ilboyu davam edir.insan oz emellerine ramazan etmelidir..oruc vurmalidir.nece ki qiyamete gedende emellerimizi ciyinlerimizde aparacayiq..Elece de RAMAZAN ayina daxil olanda il boyu ozumuzun emellerimize vurdugumuz orucla gelmeliyik.yozx eger il boyu orucumuz yoxsa hec olmasa bu ay .emellerimize oruc vuraq ki INSAN olaq.NAMAZ qilmaqla ve MIƏDƏ ni ac saxlamaq oruc olmaq demek deyildir.emel.emel.yene de emel.Xahis ediremki tekrar oxuyun .anlayin sonra fikir bildirin.
Gelin evvel içimizde olan, bizimle eyni memleketde yaşayan müselmanlarla bir olaq, sonrasina da baxariq. Eslinde ay görüldüyünde oruca başlayib, ay görüldüyünde bitirirdiler keçmişlerde. Qemeri teqvimnen ay görünende yeni gün başlayir ve hemin günün gündüzünü oruclu olursan, güneşle götürende ise yeni gün gündüzden başlayir.
Fazil Bay haklidi
Men de Fazil m. kimi bir azerbaycanli turku olaraq bu gunden oruc tutmisham.QMI-nin fetvasi Irana istiqametlenmish bir hereketdir
Son 20 ildə azərbaycanda Ramazan ayı demək olar ki, 30 gün olmayıb. Allah günahkarların cəzasını versin!
Paşazadənin dünyadan xəbəri yohdur.
Bizi Böyük Türkiyədən ayırmaq istəyənlərin-Ruhani idarəsinin bağlı olduğu İran və Rusiyanın fırıldaqlarına nə vaxt son qoyulacaq?Ərazilərimizin işğalçıları olan,yaxud da erməniyə yaxın olan düşmənlərimiz,nə vaxta kimi inancımıza barmaq soxacaqlar?