DAHA 38 NƏFƏR YOLUXDU, 30 NƏFƏR SAĞALDI... - Koronavirus statistikası

Azərbaycan Respublikasında 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 30 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 1 932 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 441 nəfər müalicə olunaraq sağalıb, 25 nəfər vəfat edib, 466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 19 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 157 932 test aparılıb.

635x100

Şərhlər

t.ədalət 2020-05-03 18:35:16

Koronovirus,sanki dil bilir,Azərbaycanda 38-lə 49-un arasında vurnuxur.

Son yazılar