HƏBS EDİLƏN İCRA BAŞÇISININ AŞIB-DAŞAN SƏRVƏTİ - Siyahı + FOTOLAR
Xəbər verildiyi kimi ötən gün DTX əməliyyatçıları daha bir rayonda qəfildən İcra Hakimiyətinin binasında peyda olub. Əməliyyatçılar İmişli rayonunun başçısı Vilyam Hacıyevi və onun müavinlərini, digər bəzi yerli məmurları saxlayıb.
Daha bir icra başçısının həbsi ilə bağlı təfərrüatlı rəsmi məlumatın tezliklə ictimaiyyətə açıqlanacağı gözlənilir. Amma indidən yerli mətbuat 2004-cü ildən bəri Göygöl, Samux və İmişli rayonlarına rəhbərlik etmiş Vilyam Hacıyevin aşıb-daşan sərvətinin siyahısını dərc etməyə başlayıb.
Belə məlum olur ki, Vilyam Hacıyev bütün bu illər ərzində özünə nəhəng sərvət toplayıb, onun çoxsaylı mənzilləri, malikanələri, kommersiya daşınmaz əmlakı, torpaq sahələri və s. var.
Beləliklə, V.Hacıyevə aid olduğu bildirilən əmlakın və biznesin siyahısı:
- Bakıda, Həsən Əliyev küçəsində villa
- Bakı, “Sahil” metrosu üzərindəki çoxmərtəbəli binada 5 otaqlı mənzil
-Bakı, Nərimanov rayonu, S. Rəhman küç. ev 45 ünvanında mənzil
-Bakı, Teymur Əliyev küç. “Milyonerlər məhəlləsi”ndə qiyməti 25 milyon manat civarında olan villa
-İmişli rayonunda, H. Əliyev küç. ev 126 ünvanında mənzil
- Gəncə şəhəri, Yeni Gəncə küç. ev 53 ünvanında mənzil
- Dubayda milyonluq biznesi
-Qazaxıstanda tikinti biznesi
- İmişli, Daşkəsən, Gəncə, Göygöl rayonu və Bakıda müxtəlif ticarət obyektləri, torpaq sahələri, şadlıq evləri, mülkləri mövcuddur.
Oğlu Məhəmməd Hacıyev Nərimanov Rayon Prokurorluğunun əməkdaşı olub. V.Hacıyevin oğlu Məhəmməd Hacıyevin avtomobil kolleksiyası:
-10-PP-369 dövlət nömrə nişanlı “Bentley”
- Eyni nömrə nişanlı “Land Rover”
- 90-AA-369 dövlət nömrə nişanlı “Mercedes S class”
- Həmçinin son model “Mercedes Gelandewagen”
Ehtimal ki, bütün bunlar Vilyamın sərvətinin tam siyahısı deyil və illərdir ölkənin ən yoxsul rayonlarına başçılıq etmiş bu şəxsin təkcə indiki siyahıda yer alan sərvəti onun talançılıq istedadının necə aşıb-daşdığını göstərir.
Qeyd edək ki, Vilyam Hacıyevin sərvətinin siyahısı hələ aylar əvvəl sosial şəbəkələrdə yayılmışdı. Amma o vaxt İmişli başçısı demişdi ki, onun heç bir sərvəti-filan yoxdur, təvazökar həyat tərzi sürür və hətta kirayədə qalır...
Şərhlər
WILYAM( mellim) MEHKEMEDEN CIXARKEN AILE UZVLERINI GORUR VE ONLARA BILIRSIZMI NE DEYIB? DEYIBKI :-narahat olmayin tezlikle haqq-edalet oz yerini tapar! Siz insanda olan heyasizliga baxin XALQIN var-dovletini tala uzr istemek evezine dediyi soze baxin!
papa getdi icheri,ogul var ,giz var,xanimi var xercleyib yashayacaglar da
Bunların işi Musa peyğemberle Fironun misalina oxşayır.Misal beledir:Arxı qazan gen qazıb
Servet gormek isteyen Pairallahiua gelsin. Dehshet gormek isteyen Pirallahiya gelsin
Hacıbala Abutalıbovun kabinetində uzun illər katibəlik etmiş Cəfər Hüseynov mənə deyib ki, hər gün səhər Hacıbalanın kabinetini təmizləyən süpürgəçi onu yanına çağırıb, xırda-xırda döğranıb unitaza tökülmüş dolları göstərirdi.
tƏK GÖRMƏMİŞLƏR YOX, HARINLAMIŞ HARAMZADALAR, ÖZ MİLLƏTİNƏ ATANLAR
İllər ərzində bunları görmək lazım idi. İndi lələ köçüb yurdu qalıb. Hamısını talayıb burdakını burda çoxunu da xarici ölkələrdə yerləşdiriblər. Heç bir də qaytarası deyil oğurladıqlarını
Bunların hərəsinin bəlkə də 200-300 milyon, ola bilrə artıq ya az pulları ola bilər. Ancaq indi bunlar qurbanlıq qoyunlardırlar. Bir-bir kəsilib yeyiləcəklər
... Milyonları milyardları var. Çovdarov kimi 1-2 il yatıb çıxacaqlar.Ya da Fazil Məmmədov, Eldar Mahmudov və başqaları kimi heç yatmayacaqlar da kef çəkəcəklər
TALANÇILAR ATANŞİKLƏR ÖLKƏNİ XALQI QURU YURDDA QOYUBLAR
Bu geder pulu olana ,eslinde gulag emeliyyati kazim deyil.
Sovet dövründən qalma məmurların əksəriyyətinin var dövləti başından aşır .onlar aldığı nəfəs də yalandir...Indi oturublar AzTV nin qabağında pult əlində həyəcanla gözlərini qırpmadan xəbərlər proqramında adlarının hallanmadigina görə bir anlıq sevinirlər ...Amma gec tez haram yolla var dövlət toplamağı axırı belə olur bəzən..Nə qədər gec deyil tövbə edib Allahın əmrlərini yerinə yetirsinlər ...Bundan sonrakı həyatda da bu etdiklərinin cəzası olacaq..özü də çox sert olacaq..
Sovet dövründən qalma məmurların əksəriyyətinin var dövləti başından aşır .onlar aldığı nəfəs də yalandir...Indi oturublar AzTV nin qabağında pult əlində həyəcanla gözlərini qırpmadan xəbərlər proqramında adlarının hallanmadigina görə bir anlıq sevinirlər ...Amma gec tez haram yolla var dövlət toplamağı axırı belə olur bəzən..Nə qədər gec deyil tövbə edib Allahın əmrlərini yerinə yetirsinlər ...Bundan sonrakı həyatda da bu etdiklərinin cəzası olacaq..özü də çox sert olacaq..
rehmetliyin oglu bu harali olasidir, ... hafizin emisi ogludur, o daki Qərbi Azərbaycandandır
eç kimin bunlarını fealiyyrtinden xeberi olmurSo. möm mö. deyirik bu Hacı Memmedovlar Çovxarovöar hardan peyda olduHere özü ve ailesi üçün çalışır me dövlet ne xalqAllah Bextiyara rehmet elesin Deyerdi:Eger adamsansa sev adamları deme bu dostumdur bu düşmenimdir deme ezizimdir ev adamları de men bu xalqınam xalq d menimdir
Sumqayittttttttt
Buyurun on minlerle hekime müelime mühendise be d. rehberlik edene baxın bunlar hamıya nümune olmalıdır. bunlar yerlerde prezidentin baş nazirin milli meclis sedrinin nümYendesi dir
Şəkinin icra başçısının sərvəti ondan çoxdur ????
Bu haralıdır görəsən?
Sadece, GORMEMISHLER!!!!