Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) birdəfəlik ödəmələr alan 600 000 nəfərin siyahısını açıqlayıb. Xatırladaq ki, müstəqil ekspertlər bu barədə dəfələrlə nazirliyə müraciət edib, şəffaflıq üçün bu addımın atılmasının vacib olduğunu bildirmişdilər. Hazırda sözügedən siyahı açıqlanıb, amma yenə bəzi suallar var.
“Hüquq və İnkişaf “ İctimai Birliyinin rəhbəri, tanınmış hüquqşünas Hafiz Həsənov nazirliyin addımını müsbət qiymətləndirməklə yanaşı qaranlıq qalan bir neçə məsələyə diqqət çəkib:"Birincisi, əvvəlcə birdəfəlik ödəmələrin 200 000 nəfərə ödəniləcəyi bildirilmişdi. Bu rəqəm ölkədəki işsizliyin səviyyəsinə uyğun olması iləəsaslandırılıb. Sonra Prezidentin tapşırığı ilə bu rəqəm 3 dəfə artırılaraq, birdəfəlik ödəmələrin 600 000 nəfərə veriləcəyi bildirildi.
Rəqəm 200 000 olanda birdəfəlik ödəmə üçün müraciət edən şəxslərin əksəriyyətinə kütləvi şəkildə imtinalar verilirdi. Rəqəm 600 min olanda da kütləvi imtinaların sayı o qədər azalmadı".

Hüquqşünas daha sonra qeyd edib ki, bu ödəmələrin verilməsi Nazirlər Kabinetinin 7 Aprel 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması iləəlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası" (Qayda)ilə tənzimlənir.
Bu Qaydanın 2.3.-cü bəndində birdəfələlik ödəmənin verilməsindən imtina ilə bağlı 10 hal nəzərdə tutlub:"Maraqlıdır ki, birdəfələlik ödəmələr alacaq şəxslərin sayının 600 min müəyyən edilməsinədən sonra da imtina üçün Qaydadakı həmin 10 hal eyni ilə qaldı. Əslində say 200 mindən 600 minə qaldırılmışdısa, məntiqi olaraq imtina üçün əsaslar da azaldılmalıydı. Üstəlik, birdəfəlik ödəmələrdən imtinalarda hətta Qaydanın 2.3.-cü bəndində nəzərdə tutulmayan imtina cavabları da olub.
Belə olan halda sual yaranır: əgər, birdəfəlik ödəmələr üzrə imtinalar iddiaçılar 200 min və 600 min olanda eyni olubsa, onda 600 min birdəfələlik ödəmə hansı kateqoriya şəxslərə verilib?"
Hafiz Həsənov daha sonra sual edir ki, digər sosial yardımlar üzrə siyahılarda yardım alan şəxslərin özləri və ünvanları barədə məlumatlar tam olaraq göstərilirdisə, birdəfələlik ödəmələr alan şəxslər barədə bu məlumatlar niyə tam göstərilmir?
Hüquqşünas vurğulayıb ki, birdəfəlik ödəmələrdən imtinalar üzrə çevik vəədalətli apellayasiya imkanları yaradılmayıb.

Tanınmış iqtisadçı Qubad İbadoğlu da çoxsaylı müraciətlər və çağırışlardan sonra Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən siyahısının dərc edilməsini təqdir edib.
Bununla belə ekspert qeyd edib ki, nazirlik bu işi də yarımçıq edib: "Siyahıda yalnız ad və soyad, yardımın ayrılması tarixi bir də FİN-in ilk 3 simvolu verilib. Halbuki, ünvanlı dövlət sosial yardımı alanların siyahısında ad və soyadla yanaşı rayonlar və ailənin faktiki ünvanı üzrə dəəlçatandır. Nədən, bu siyahıda Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi yardım alanları yaşayış yerləri və rayonları üzrə təqdim etməyib? İşsizliyə görə yardım alanlarla ünvanlı dövlət sosial yardımı alanların fərqi nədir, bəlli deyil, niyə fərli yanaşmalar ortalığa qoyulur? Bu sualların cavablarnı birlikdə axtarmalıyıq. Odur ki, gəlin öncə araşdıraq görək ki, bu yardımı alanlar kimlərdir".
İqtisadçı istisna etmir ki, bəzi şəxslərər texniki səbəblərə görə cavab verilməyə bilər, amma onların adlarının siyahıda olması mümkündür. Q. İbadoğlu vətəndaşların adlarını siyahıda axtarmasını məqsəduyğun saydığını vurğulayıb.
AzPolitika.info

Şərhlər
Terter
Agcebedi
Mənə 190 manat vermədilər 2 dəfə almışam dekabiri vermədilər nəyə görə bilmədim işsizəm
Quba
Quba
Ağsu
Agstafa
Salam Ailede Anam qardaşım birde 8 yaşıñda oğlum 4neferik opişitelde 1 otaqda qalırıq anam xadime qardaşım fehleçıliknen elinin qabarıyla eziyetle eve çörey getirir Özüm tek ana işdemirem az yaşlı oglumla maraqlanıram butun gun mektebe gedir aylıq gelirim yox 190m ala bilmedim dediler qebul üçün gecikmisen ne etmeliyem?kömey edin
190 manat veriləcəkmi iyun iyul ayında göyçaydanam
Cavab gelmeyib
Məlumatlar yanlışdır.Əvvələ gər Dövlət statistika Komitəsinə inansaq,Azərbaycanda cəmi 4ş5 faiz işsiz olduğu deyilr.Əgər 600 000 iş qabiliyyətli əhalinin 4.5 faizini təşkil edirsə onlardan soruşulmalıdır ki,bəs AZərbaycanda nrdieçə nəfər i qabiliyyətli vətəndaş var?O zaman onların hətta Prezidenti də adatdıqları ortaya çıxır.ç