İCRA BAŞÇISININ ON MİLYONLARLA PULU ƏLƏ KEÇİRİLİB! - Dəhşət saçan görüntülər +FOTOLAR

2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin xidməti kabinetində və yaşadığı ünvanlarda keçirdiyi əməliyyatlara dair görüntülər sözün əsl mənasında heyrət doğurur. 

“AzPolitika.info” xəbər verir ki, bu görüntülərdə əks olunan başçının təkcə nəğd pul şəklində evində gizlətdiyi xarici valyutanın həcmi on milyonlarla dollarla ölçülür.

Qeyd edək ki, bundan öncə həbs olunan icra başçılarının yalnız xidməti kabinetlərində və öz üzərlərində olan pul vəsaitləri göstərilirdi. Onlardan fərqli olaraq, Vilyam Hacıyevin mənzilində aparılan axtarışların və burada aşkarlanan on milyonlarla dollar məbləğində pul vəsaitlərinin görüntüləri yayımlanıb.

Bu görüntülərdəki xüsusi şəkildə qablaşdırılmış pul bükümlərindən belə aydın olur ki, başçı öz varidatının müəyyən hissəsini avro və ABŞ dolları şəklində saxlayırmış. Misal üçün V.Hacıyevin sözügedən “xəzinəsində” bir neçə 500-lük avro bağlaması var. Hər belə bağlama 500 min avro, yəni təxminən 1 milyon manat deməkdir! Bunu nəzərə alsaq, təkcə başçının mənzilində tapılan və görüntülənən kadrlardakı məbləğin 10 milyonlarla dollar olduğu şübhəsizdir.

Özü də bu, “kirayədə yaşayan” V.Hacıyevin təkcə evindəki nağd valyutadır. Hələ paytaxt Bakıda, ölkənin ayrı-ayrı regionlarında və xarici ölkələrdəki bizbnesləri, yatırımları, bank hesablarındakı vəsaitləri neçə on milyonlardırsa, bilmirik.

Rəsmi açıqlamada qeyd olunub ki, müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

Xatırladaq ki, Prezident İlham Əliyev mayın 6-da Vilyam Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Onu da qeyd edək ki, İmişli Azərbaycanın heç də ən varlı rayonlarından biri, Vilyam Hacıyev isə ən imkanlı icra başçısı sayıla bilməz. Hələ belə bir kənd rayonunun icra başçısının taladığı milyonlar böyük-böyük qutulara sığmırsa, bu pulların təkcə çəkisi bir neçə yüz kiloqramla ölçülürsə, görün digər iri, imkanlı rayonlıarın başçılarının, eləcə də iri ranqlı məmurların nələri var!!!

Tahir

AzPolitika.info

635x100

Şərhlər

Adil 2020-05-09 19:24:01

GÖRƏSƏN BU XALQADAN OĞURLANMIŞ MİLYONLAR XALQA VERİLƏCƏK YOXSA BAŞQA CİBƏ, BAŞQA ŞOTA KEÇƏCƏK?

Ənvərqızı 2020-05-08 22:38:53

Rabit. Nazirliyi uzun müddətdir ki, mənim ailəmin haqlı şikayətinə baxmayır ?? Belə hallar vətəndaşı dövlətdən narazı salır və sosial narazılıqları artırır.. Belə məmurlar haqqında sərt ciddi cəza tədbirləri görülməlidir ki,sosial narazılıqlar azalsın. Ölkəmizdə sosial narazılıqları artıranlar öz xidmətləri ilə cənab Prezidentimizin etimadını doğrultmayan məmurlardır ?

Lalə 2020-05-08 12:02:39

Rüşvət və talançılıqda ölkə üzrə üzrə İH başçıları arasında birinci yerdə Bərdənin başçısı Vıdadı İsayev durur.İlk növbədə o həbs edilməlidir

Lalə 2020-05-08 11:24:53

Rüşvət və talançılıqda ölkə üzrə İH başçıları arasında birinci yerdə Bərdənin başçısı Vıdadı İsayev durduğu deyilirr.İlk növbədə o da yoxlanılmalıddir

Aborigen 2020-05-08 05:19:38

Əgər yeni doğulan uşağa pul verilməsi barədə böyük diskusiyaların aparıldığı bir məmləkətdə dövlətin məmurlarının milyonları heç kimi maraqlandırmırsa, vallah, adamın ağlına hər şey gəlir...

Aborigen 2020-05-08 05:15:20

Əgər yeni doğulan uşağa pul verilməsi barədə böyük diskusiyaların aparıldığı bir məmləkətdə dövlətin məmurlarının milyonları heç kimi maraqlandırmırsa, vallah, adamın ağlına hər şey gəlir...

Malik 2020-05-08 00:53:57

Əgər onun evində 10-larla milyontapılıbsa deməli onun bəlkə də 100 milyon pulu var. Ola bilər ki daha çox. Görün bir icra hakimyəti bu xalqa nə qədər atıbsa, onda ümumilikdə biz millətə bu talançılar nəqədər atıblar.

Seyid Ənhu 2020-05-07 22:28:48

İnsanlıq hələ hansı mərhələdədir..?.

Prezidentimizi sevən 2020-05-07 21:59:41

Şəkinin İcra Başçısının və 1-3 müavinlərin sərvəti ondan on dəfə çoxdur ? Səbirsizliklə DTX Şəkidə gözləyirik ? Ölkəmizin illik büdcəsi 2-dəfə yerinə yetiriləcək. İH-i Şəkidə at oynadırlar.... DTX öz köməyimizi edəcəyik.

raul 2020-05-07 17:14:54

siz az politika baska medialardan ferqlenmisiz ; yeni siz xalqb ucun ne edrrsiz . bunu biz bilmirik

Əli 2020-05-07 16:05:34

o bri icra başçıları pullarını icra hakimiyyətlərindən çıxarmamış hamısının başının üstünü alın. Onda görərsiniz bunların xalqdan oğurladıqları pulların miqdarını.

Cəmşid Dərələyəzli 2020-05-07 15:56:36

Pirallahının başçısı Vasif İmanov və onun qolbəyiləri olan və 2016 cı ildə ölüm hadisəsinin də səbəbkarları olan Manaf Manafovun və Həsən Niftəliyevin də yoxlanılması qeyrətli DTX-dan xahiş edirik. Bütün rayon bu adamların əlindən boğaza yığılıb artıq.

yalçın 2020-05-07 15:40:17

hələ 2013-də onu tutmalıydılar, niyə tutmadılar..özləri şərait yaradırlar.bu işlərdə əlaqəli və ən yuxarı orqanların məsuliyyəti ih başçılarından daha çoxdur..əli

t.ədalət 2020-05-07 15:24:59

Gədəbəy rayon İH başçısı da DTX-dan narahatlıq keçirir.İşləyə bilməməsinin səbəbini jurnalistlərdə görür.Halbu ki bir dəfə jurnalist gəlib rayona.Adətən topladığı rüşvətin xofuna düşən icra başçıları narahatlıq keçirirlər.İnşəllah,DTX Gədəbəydə də baş verənləri aşkarlayar!

Helime 2020-05-07 14:15:46

Indi ayiliblar?

t.ədalət 2020-05-07 14:15:12

İcra hakimiyyəti başçılarının topladığı rüşvət bu qədərdisə,görün,nazir kreslolarını satın alanların sərvəti nə qədərdir?Özləri kimi övladları da yerə-göyə sığmayan nazirlər arasında milyardları qoymağa yer tapmayanlar,tonlarla almaz.brilyant və qızıl alıb torpağa basdıranlar var.Nazir və digər oğrular hətta mərasim evləri də işlədirlər.Normada belə xidmət sahələrini,adətən mollalar işlətməlidir.

Son yazılar