TARİXİ SATIB MİLYONLAR QAZANDI... - DTX-nın qandalladığı Sultanovun dəhşətli cinayətləri

Azərbaycan ziyalılarının və köhnə bakılıların çoxdan gözlədiyi hadisə gəlib çatdı-hakimiyyət köhnə Bakının arxitektura incilərini məhv edən məmurlardan birini cəzalandırdı. Bəli, söhbət Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovdan gedir.

Bankirə oxşayan və taleyin Xətai rayon İcra Hakimiyyətinin kabinetlərindən birindən Bakı meriyasının arxitektura müfəttişliyinə (təsəvvür edin, bir vaxtlar belə struktur da olub!) atdığı bu məmur Müdafiə Nazirliyinin təchizat idarəsindən Mədəniyyət Nazirliyinə qədər gedib çıxdı. Nəhayət özünün yeni ətrafı ilə birlikdə aparıcı postsovet banklarından birinin ikinci mərtəbəsindəki həmin mənasız xidmətində məskunlaşdı.

Olduqca simvolikdir ki, “rəngsiz” və geridə qalmış Sultanov tamamilə heysiyyatsız və iradəsiz biridir, mədəni irs dəyərlərindən tamamilə uzaqdır və tarixi şüur, xüsusən də tarixi yaddaş kimi fəlsəfi təsəvvürlər ona yaddır. Sultanov tipik tipik fleqmatikdir, laqeyd konformistdir, hesabını aparmağı yaxşı bacaran alverçidir.

Və bu cür şəxsi keyfiyyətlərə malik adam Azərbaycanın mədəni irsinin nəinki qorunmasına, eləcə də bərpasına cavabdeh olan dövlət xidmətinin başına gətirilmişdi. Nəticə isə ortadadır.

Əfsanəvi Həkimlər Evi dağıdılır? Qoy olsun! Tağıyev küçəsindəki Bakının ilk neft bumu zamanı tikilmiş arxitektura incisi sökülür? Nə olsun axı?!

Mədəniyyət Nazirliyinin rəhbərliyindən kimsə böyük Cəfər Cabbarlının ev muzeyini yerində yeni çoxmərtəbəli bina tikilməsi üçün satıb? Boş şeydir, axı bu bu köhnə ev çoxdandır baxımsız qalıb, qəzalı vəziyyətdədir və onu söküb eksponatlarını yeni tikilən binaya köçürmək olar! 

Keçmiş Sovetksi küçəsində arxitekturalı evlər sökülür? Görürsənmi, daxmalardan ibarət kvartalın ortasında 2-3 arxitekturalı evi sökməklə nə olaacaq ki? 

Bütün bakılıların sevdiyi atlantlı Evi sökürlər? Olsun, axı qədim yunan mifologiyası bizim nəyimizə lazımdır, biz türk xalqıyıq və öz miflərimizlə yaşayırıq! 

Yusif Məmmədəliyev küçəsindəki monumental binanı yerlə bir ediblər? Lap yaxşı! Bizə XIX əsrin atavizmləri nəyə gərəkdir, axı Bakı yeni Dubaydır, bizə daha çox beton və şüşə binalar lazımdır!

Messenat Tağıyevin Mərdəkandakı villasını sökürlər? Bu bağ evi bizim nəyimizə gərəkdir, dövlət Bakının mərkəzində Tağıyevin evinin keşiyində dayanıb. 

Əzizbəyov və Rəhimov küçələrinin kəsişməsində 1901-ci ildə tikilmiş üç tarixi binanı da sökürlər!!! Bütün sualları meriyaya ünvanlamaq lazımdır, çünki onlar həmin binaların yerində yeni çoxmərtəbəli bina tikməyi məsləhət biliblər! 

Tağı bəy Səfərəliyevin unikal evi dağıdılır?! Təəsüf, qəzalı idi və onu xilas etmək mümkün olmadı...

Azərbaycanın mədəni irsinin qorunmasına və bərpasına məsul olan məmurun minlərlə olmasa da yüzlərlə belə əməllərini sadalamaq olar. Bəs digər şəhərlərdə tarixi irsin məhv edilməsinə dair nə qədər nümunələr var?! Qədim Gəncənin arxitekturası buldozerlərin altına necə verildi! Oğuzda alban kilsəsini necə dağıtdılar! Bərdədəki orta əsrlər türbəsini bərpa adı ilə ucuz İran kafeli ilə necə örtdülər?

Öz ölkənin mədəni irsinin məhv edilməsində əli olduğunu bilə-bilə necə yaşamaq olar axı?! Zakir Sultaov isə sakitcə, rahat yaşayırdı, qətiyyən vicdanı ağrımırdı. Bu məmur məmnun idi və buldozerlərin altında qalan tarixi irsimizə sakitcə baxırdı. 

Sultanov öz şəxsi mənfəəti naminə bir-birinin ardınca arxitekturalı binaların Mədəniyyət Nazirliyinin reyestrindən çıxarılarq sökülməsinə icazə verirdi, hansı ki, həmin binaları bərpa etmək mümkün idi. Sultanov isə həmin binaları tikinti baronlarının ayaqları altına atırdı. Nə qədər belə evlər və tarixi abidələr dağıdıldı? Onlarla, yüzlərlə...Hesab isə milyonlarla ölçürdü. Baxın nəyə görə.

Sultanov günü gündən varlanırdı. Məmur Bakının tarixi Torqovı küçəsində bir neçə milyon dollara tikili aldı və orada paytaxt sakinləri üçün populyar olan kafe açdı. Sultanov bu sahədə parladı, indi o bakılılar arasında populyar olan “Black city” pivə-barı ilə fəxr edə bilər. Amma uzaqgörən məmur öz aktivlərinin böyük hissəsini qonşu Türkiyədə yerləşdirirdi, orada milliyyətcə türk olan sevimli arvadının adına mülklər, obyektlər alırdı.

Sultanovla hamı hesablaşırdı, onun qarşısında yaltaqlanırdılar, hörmətli adamların cərgəsində oturdurdular. Axı nazirin etibarlı adamı idi və Mədəniyyət Nazirliyində bütün tikinti işlərini kurasiya edirdi, elə deyilmi?! Bir neçə həftə əvvəl Bakı meriyası Torqovı küçəsindəki bütün əlavə tikililərin və kafelərin sökülməsinə qərar verdi, amma Sultanov yenə qanundan kənarda qaldı. 

O burada da arxitektur harmoniyanı pozub-“Casual Brasserie” kafesi yolun piyadalar üçün hissəsini tutub, axı qanunu pozan məmura kim gözün üstə qaşın var deyəcək? Əgər adam şəhər arxitekturası ilə istədiyini edə bilərsə nəyə görə bu biznesmen, pardon, məmur qanunların başına da həmin oyunu açmasın?!

Sultanov indi dəmir barmaqlıqlar arxasındadır. Qoy onun həbsxana yolu uzun və tikanlı olsun. Və bütün bu illər ərzində biz inanımızı itirmirdik ki, Bakının arxitekturasının soyqırımına görə məsuliyyət daşıyan bu adam bir gün öz əməllərin görə cavab verəcək. 

Hərçənd Sultanovun həbsi bizim tarixi yaralarımızı sağalda bilərmi? Şübhə edirəm. Həmin Sultanovun ayaqları altında bizim tariximiz qaldı...

Aydın Kərimov ( haqqın.az)

635x100

Şərhlər

Şəkili 2020-05-11 21:54:44

Əgər bir nazirlikdə korrupsiya tüğyan edirsə, bunu nazir görmürsə deməli nazir yerində deyil ? Nazir Şəki Mədəniyyət İdarəsinə təyin etdiyi kadr çox mətləblərdən cavab verir ? Nazir də həbs olunmalı, başqalarıda görülən işlərdən özləri üçün ibrət dərsi götürməlidirlər...

İbrahim İbrahlmlı 2020-05-11 17:54:41

Müdafiədə işləyən kadr belə də olmalıydı ! O vəzifəyə memar kadrlar yox idi ???????

İlqar 2020-05-10 20:44:56

İndi lap onu güllələsələr də o tarixi abidələr geri qayıtmayacaq. Arxadan atılan daş topuğa dəyər.

Moshu 2020-05-10 16:39:40

Ölkədə qəribə bir tendensiya hökm sürür. Hamının gözü qarşısında cinayət törət, oğurla, talan et, sonra da həmin adamı vəzifəsindən heç nə olmamış kimi azad et və burax getsin respublika ərazisində və ya Avropada biznes şəbəkəsi qursun, sonra da dövləti maymaqlıqda suçlasın. Götürək elə Fazil Məmmədovu, Səlim Müslümovu, Ziya Məmmədovu, Hacıbəla Abutalıbovu, Tağı Metroyevi və bu siyahıda yer almayan kimləri və kimləri. Burada “Yeddi oğul istərəm” filmində Gəray bəylə Cəlalın dialoqu yada düşür: “Mənim qızımla bir yastığa baş qoy, sonra da goruma söy”. Bəli, bu insancıqlar doğrudan da dövlətin cəmdəyinə söyürlər, bəlkə də haqqına söyürlər, çünki dövlət onlara bu qədər imtiyazlar yaradıbdır ki, bunlar dövlətin büdcəsini sağa-sola fırlada-fırlada, talab edə-edə, kimlərsə də tariximizə tüpürə-tüpürə, tariximizi məhv edə-edə milyonlara sahib olublar. Burada heç kim bağışlanmamalıdır. Hər kəs törətdiyi əmələ görə cavabdehlik daşımalıdır. Bunların cinayət əməllərini xalq görür, qanır və görəndə ki, dövlət bu cinayətkar məmurları cəzasız buraxır, onların dövlətə inamı azalır, bu dövlətə başucalığı gətirmir. Burada Ulu Öndərin tez-tez təkrarladığı ifadəsi yada düşür: “Dövlət iki şeydən sarsılır - günahsız cəzalandırılanda, günahkar cəzalandırlmayanda”. Bu şüar respublika ərazisində prokurorluğun əksər binalarının foyesində iri şriftlərlə adamın gözünə girir. Güman edirəm ki, yeni təyin olunmuş Baş prokurorumuz bu şüarı əldə rəhbər tutaraq heç kimi məsuliyyətdən kənar qoymayacaq. “Görüş yerini dəyişmək olmaz” Sovet bədii filmində mayor Jeqlovun çox ibrətamiz deyimi var: cinayətkar türmədə oturmalıdır. Bizim cinayətkarlar isə oğurladıqları milyonlarla, bizim pullarımızla biznes şəbəkəsi qururlar. Gəlin görək bu Zakir Sultanov kimdir ? Biz erməniləri Xocalı və başqa soyqırımlarda günahlandırırıq. Bu şəxsiyyətsiz məxluq isə mədəniyyətimizə, mədəni irsimizə təcavüz edib, bu nəcib xalqın heysiyyatını zorlayıb. Günah bunda deyil. İstintaq orqanları müəyyən etməlidir ki, kim bu məmurcuğu bu vəzifəyə təqdim edib, onun fəaliyyətinə nəzarəti kim edib, hansı qurumlar onunla birgə qərar qəbul edib? Və maraqlıdır, nə üçün bu məsələ birdən-birə ortaya çıxdı, bəlkə kiminsə maraqlarına toxunub, nəyisə bölə bilməyiblər? Suallar da çoxdur, veriləsi cavablar da ondan çox. Azərbaycanda çox sarsaq praktika mövcuddur. Rus dilində buna “круговая порука» deyilir. Qoy bunu tərcüməçilər izah etsinlər. Dövlətin daxilində hansısa cinayətkar dəstə fəaliyyət göstərir, bir-birilə cinayət əlaqəsinə girirlər, bir-birini mühafizə edirlər, necə deyərlər dövlətin anasını ağlar qoyurlar, sonra da deyirlər ki, dövlətin büdcəsində kəsir var, büdcədə pul çatışmazlığı var. Hörmətli Baş Prokuror c-b Kamran Əliyev korrupsiya sahəsində əvəzsiz mütəxəssisdir, hörmətli Əli Nağıyev də uzun müddət bu sahəyə rəhbərlik edənlərdəndir. Güman edirəm ki, hər iki vəzifəli şəxslər səylərini birləşdirib bu insanlıqdan məlumatsız məmurcuqlara qarşı amansız mübarizə aparacaqlar. Bir daha yuxarıdakı sualı qabartmaq istərdim. Gəlin görək bu Zakir Sultanov kimdir ? Heç kimin geysiyyatına toxunmaq istəmirəm, ancaq artıq onun damarlarında azərbaycanlı qanının axmasına inamım sıfıra bərabərdir. Bəlkə də mənfur qonşularımızın əqrəbalarındandır? Bunu iddia etmirəm, onun etdikləri məni bi fikrə gəlməyimə vadar edir. “Azpolitika”artıq bu sahədə peşəkarlığı ikə fərqlənir. Bu məmurun mülklərinin siyahısını müəyyən etmək, jurnalistika araşdırması aparmaq, nəticələrini ölkə başçısına, Baş Prokurorluğa, DTX-ya məlumat vermək. Yəqin ki, bunun da bi müsbət nəticəsi olar

Carçı 2020-05-10 15:06:16

Anlamaq olmur..meğer Prezident oturub gamının yerine işlemelidir? Meğer her şeye Prezident demelidir ki bunu bu cür onu o cür ele? Bes hokumet üzvlreri onların secdiyi Kadrlar hara baxir? Ebulfez bu kadarı niye seçin?

Carçı 2020-05-10 15:01:30

He ve bütün bunlardan hökumetin xeberi yox idi elemi?:)) Yazıq Ebulfez Qarayev bilmirdi elemi?)) Bütün xalq bilirdi ve hökumet elece de onun sevimli Ebulfezi bilmirdi?))))

Carçı 2020-05-10 14:58:08

He ve bütün bunlardan hökumetu

Sevil 2020-05-10 14:08:54

Indiye qədər hara baxirdi nazir? Xəbəri yox idi muavinin işlərindən?

Moshu 2020-05-10 12:49:34

Ölkədə qəribə bir tendensiya hökm sürür. Hamının gözü qarşısında cinayət törət, oğurla, talan et, sonra da həmin adamı vəzifəsindən heç nə olmamış kimi azad et və burax getsin respublika ərazisində və ya Avropada biznes şəbəkəsi qursun, sonra da dövləti maymaqlıqda suçlasın. Götürək elə Fazil Məmmədovu, Səlim Müslümovu, Ziya Məmmədovu, Hacıbəla Abutalıbovu, Tağı Metroyevi və bu siyahıda yer almayan kimləri və kimləri. Burada “Yeddi oğul istərəm” filmində Gəray bəylə Cəlalın dialoqu yada düşür: “Mənim qızımla bir yastığa baş qoy, sonra da goruma söy”. Bəli, bu insancıqlar doğrudan da dövlətin cəmdəyinə söyürlər, bəlkə də haqqına söyürlər, çünki dövlət onlara bu qədər imtiyazlar yaradıbdır ki, bunlar dövlətin büdcəsini sağa-sola fırlada-fırlada, talab edə-edə, kimlərsə də tariximizə tüpürə-tüpürə, tariximizi məhv edə-edə milyonlara sahib olublar. Burada heç kim bağışlanmamalıdır. Hər kəs törətdiyi əmələ görə cavabdehlik daşımalıdır. Bunların cinayət əməllərini xalq görür, qanır və görəndə ki, dövlət bu cinayətkar məmurları cəzasız buraxır, onların dövlətə inamı azalır, bu dövlətə başucalığı gətirmir. Burada Ulu Öndərin tez-tez təkrarladığı ifadəsi yada düşür: “Dövlət iki şeydən sarsılır - günahsız cəzalandırılanda, günahkar cəzalandırlmayanda”. Bu şüar respublika ərazisində prokurorluğun əksər binalarının foyesində iri şriftlərlə adamın gözünə girir. Güman edirəm ki, yeni təyin olunmuş Baş prokurorumuz bu şüarı əldə rəhbər tutaraq heç kimi məsuliyyətdən kənar qoymayacaq. “Görüş yerini dəyişmək olmaz” Sovet bədii filmində mayor Jeqlovun çox ibrətamiz deyimi var: cinayətkar türmədə oturmalıdır. Bizim cinayətkarlar isə oğurladıqları milyonlarla, bizim pullarımızla biznes şəbəkəsi qururlar. Gəlin görək bu Zakir Sultanov kimdir ? Biz erməniləri Xocalı və başqa soyqırımlarda günahlandırırıq. Bu şəxsiyyətsiz məxluq isə mədəniyyətimizə, mədəni irsimizə təcavüz edib, bu nəcib xalqın heysiyyatını zorlayıb. Günah bunda deyil. İstintaq orqanları müəyyən etməlidir ki, kim bu məmurcuğu bu vəzifəyə təqdim edib, onun fəaliyyətinə nəzarəti kim edib, hansı qurumlar onunla birgə qərar qəbul edib? Və maraqlıdır, nə üçün bu məsələ birdən-birə ortaya çıxdı, bəlkə kiminsə maraqlarına toxunub, nəyisə bölə bilməyiblər? Suallar da çoxdur, veriləsi cavablar da ondan çox. Azərbaycanda çox sarsaq praktika mövcuddur. Rus dilində buna “круговая порука» deyilir. Qoy bunu tərcüməçilər izah etsinlər. Dövlətin daxilində hansısa cinayətkar dəstə fəaliyyət göstərir, bir-birilə cinayət əlaqəsinə girirlər, bir-birini mühafizə edirlər, necə deyərlər dövlətin anasını ağlar qoyurlar, sonra da deyirlər ki, dövlətin büdcəsində kəsir var, büdcədə pul çatışmazlığı var. Hörmətli Baş Prokuror c-b Kamran Əliyev korrupsiya sahəsində əvəzsiz mütəxəssisdir, hörmətli Əli Nağıyev də uzun müddət bu sahəyə rəhbərlik edənlərdəndir. Güman edirəm ki, hər iki vəzifəli şəxslər səylərini birləşdirib bu insanlıqdan məlumatsız məmurcuqlara qarşı amansız mübarizə aparacaqlar. Bir daha yuxarıdakı sualı qabartmaq istərdim. Gəlin görək bu Zakir Sultanov kimdir ? Heç kimin geysiyyatına toxunmaq istəmirəm, ancaq artıq onun damarlarında azərbaycanlı qanının axmasına inamım sıfıra bərabərdir. Bəlkə də mənfur qonşularımızın əqrəbalarındandır? Bunu iddia etmirəm, onun etdikləri məni bi fikrə gəlməyimə vadar edir. “Azpolitika”artıq bu sahədə peşəkarlığı ikə fərqlənir. Bu məmurun mülklərinin siyahısını müəyyən etmək, jurnalistika araşdırması aparmaq, nəticələrini ölkə başçısına, Baş Prokurorluğa, DTX-ya məlumat vermək. Yəqin ki, bunun da bi müsbət nəticəsi olar

PENSİYAÇI 2020-05-10 12:43:34

Bir diqqət edin bu son 30 ildə BAKINI,TARİXİ NƏ GÜNƏ SALIBLAR.gUYA BUNU NAZİR GÖRMÜRDÜ? aXI ONLAR DABU ŞƏHƏRDƏ YAŞAYIR GƏZİR,ƏYLƏNİRLƏR. ELƏ TƏXMİN OLUNUR Kİ, PUL HAMISININ GÖZÜNÜ QAPALI EDİB.NGK

Moshu 2020-05-10 09:26:20

Aza 2020-05-10 08:32:13

Bu qeder daqintilaeu her halda tek ermeyib , kimin tapwiriqisa olub. Arxasinda kimse var

X 2020-05-10 02:02:16

Poland Bulbuloglununda alveri pis olmadi

Ema 2020-05-09 18:10:28

Bu gunedek goren yox idi tarimizin dagidilmasi satimasi.Niye heyecan tebili calinmirdi.Bunu bu gun saat gordu .

Aqahüseyin Aqayev 2020-05-09 16:45:23

Axır ki, hakq yerin tapacaq.Nazirin cöldə qalması TƏCCÜBLÜDÜR.

Adam 2020-05-09 14:53:28

Niye Hacibala tikintiye icaze verende, parallel kuchelerin saxlanilmasina, evarasi mesafelerin gudulmesine, parkinq yerlerinin nezere alinmasina fikir vermirdi? Niye hokumet buna goz yumurdu? Televizora chixib, gunde bosh-bosh , ushaq nitqi danishmaqdansa, Hacibala bele sheylere fikir vereydi. Eger elaltinla bacarmirsansa , ishleme. Ishi-peshesi zibil yeshiklerinden danishmaq idi.

Adam 2020-05-09 14:49:26

Bakini bu gune qoyduguna gore, birinci Hacibala Abutalibovu basmaq lazimdir icheri. Bakinin bir dene duz kuchesi yoxdir, bir planli tikinti yoxdur . Sheher labirint gunune salinib. Niye goz yumurdu? Niye parallel kucheler, evarasi mesafeler s

Amin 2020-05-09 14:18:07

Bu vandalizmə görə bütün cavabdeh şəxslər cavab verməlidir. Biri gedir ermənilər üçün körpülər, SES-lərə razılıq verir, o biri tariximizi saxtalaşdırır,nə bilim o biri nə qələt edir. Hacbaladan tutmuş bütün köhnə və təzə məmurlar da 100 milyardlala pul oğrulayıblar. Onlar qəpiyinə qədər dövlətə qaytarılmalıdır!

Vətəndaş 2020-05-09 13:56:56

Çox gözəl yazıdır. Təşəkkür.

vidadi goyce 2020-05-09 13:16:40

metamorfoza

Mühəndis-inşaatçı 2020-05-09 12:57:27

Bu söküntü və tikinti işləri Bakı meri Haclbala Abutalıbovun sərəncamları lə olub.Fərz edək ki.Sultanov rəy vermişdi,Bəs Sərəncam verən Abutalıbov hara baxıb?Hamı bildiyi kimi bu sərəncamlar da havayı verilməyib.O zaman niyə Abutalıbov və onun komandası kənarda qalır?l

Yengibar 2020-05-09 12:52:20

Bu yazının müəllifi çox sadəlövh, bisavad, dünyadan bixəbər, ya da ki, güclü artistir...

t.ədalət 2020-05-09 12:51:00

Köhnə Bakının kitabxanasını və bəzi qiymətli əsərləri vaxtı ilə Cahangir Müslümzadə satdı.Ayaz Mütəllibov ona şərait yaratdı.Neft tullantılarını xaricə satan bir şirkət yaratdı.Beləliklə xeyli milli tarixə aid qədim əsərlər "tullantı" kimi Azərbaycandan çıxarıldı.Məhsəti türklərinin tarixinə aid bir kitabılnda (London birjalarında satışa qiyulmnuşdu) satılması həmin şirkət vasitəsi ilə reallaşmışdı-belə deyirlər.

Nisəbani 2020-05-09 12:37:38

Lənkəranda Müslum Maqomayevin (baba) bir müddət yaşadığı tarixi ev yerlə yeksan edilib, yerində bir bankın fiıialı tikilib. Tarixi lövhə də yox olub.

Son yazılar