Menu

Zeynəb Xanlarova yenə deputatlara dərs verdi

29.10.2013, 13:02
Zeynəb Xanlarova yenə deputatlara dərs verdi

"Qarabağdan danışaq, mənim nəyimə lazımdır kim kimin telefonlarını dinləyir"

Milli Məclisin plenar iclasında söz alan böyük sənətkarımız, deputat Zeynəb Xanlarova Milli parlamentdə xarici ölkələrlə bağlı müzakirələrin açılmasına etiraz etdi: “Biz gərək hər iclasda Qarabağdan danışaq, mənim torpağım işğaldadır, millət qırılır, bundan danışmalıyıq. Mənim nəyimə lazımdır kim kimin telefonlarını dinləyir. Qarabağdan danışın! Mən hər bir Məclis üzvündən Qarabağ sözünü eşitmək istəyirəm. Çünki bu, xalqın sözüdür. Yoxsa ki, kimin kimi dinləməsinin mənə nə aidiyatı var? Birinci dəfə deyil ki, başqa ölkələrin sözü-söhbəti bizdə müzakirə olunur. Mən çox xahiş edirəm ki, burda hər dəfə Qarabağdan danışaq. Özü də burda çoxlu qarabağlılar var. Ancaq danışanlar qarabağlı olmayanlar olur. Qoy qarabağlılar da danışsın. Onların da yetim-yesirləri var. Bir onlar da danışsın!”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol