Menu

QƏRBİ AZƏRBAYCAN RESPUBLIKASININ YARADILDIĞI ELAN OLUNDU - "Milli Məclisi seçiləcək və hökumət formalaşdırılacaq”

10.05.2020, 22:09
QƏRBİ AZƏRBAYCAN RESPUBLIKASININ YARADILDIĞI  ELAN OLUNDU -  "Milli Məclisi seçiləcək və hökumət formalaşdırılacaq”

Türkiyədə Qərbi Azərbaycan (İrəvan) Respublikasının yaradıldığı elan olunub. Publika.az xəbər verir ki, ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlının sədri olduğu Təşəbbüs qrupu BAO-nun (Bütöv Azərbaycan Ocakları) təşkilatçılığı ilə keçirilən bir videokonfransda Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası elan edib.

Qafar Çaxmaqlı deyib ki, uzun illər Azərbaycan və Türkiyə ictimaiyyətinin gündəmində olan bu ideyanı gerçəkləşdirmək üçün bu dəfə qərarlı addım atıldı:"Dünyanın müxtəlif yerlərində yaşayan Qərbi Azərbaycan kökənli insanların arzularının gerçəkləşməsi yolunda düzgün qərar verildi. Dünən mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasını elan etdik. Öncə bu respublikanın Milli Şurası fəaliyyətə keçəcək. Daha sonrakı mərhələdə respublikanın Milli Məclisi seçiləcək və hökumət formalaşdırılacaq”.

"Azərbaycana qarşı daim ərazi iddiaları irəli sürən və torpaqlarımızın bir hissəsini üçüncü onillikdir ki, işğal altında saxlayan Ermənistandan dədə-baba torpaqlarımızı, 1918-ci ildə müvəqqəti olaraq verdiyimiz İrəvan şəhərini, Zəngibasarı, Göyçəni, Zəngəzuru, Gümrünü, Dərələyəzi və digər tarixi ərazilərimizi geri tələb etməyin vaxtı çatıb. Biz bir qrup Qərbi Azərbaycan kökənli ziyalılar bu məqsədləri reallaşdırmaq və bu yerin insanlarının haqq və hüquqlarını müdafiə etmək üçün Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasını elan edirik” - deyə, professor əlavə edib.

Qərbi Azərbaycan Respublikası yaradıldı

Şərhlər

Xalq 2020-05-15 14:54:45

Eşq olsun Qafar Çaxmaqlıya! Anasının verdiyi süd halal olsun ona.

Zaur 2020-05-12 07:53:34

Ureyim daga dondu sevincimden. Ehsen. Vallah bu barede muzakire edilecek meqamlar coxdu. Qaytarmaliyiq Inwallah Qerbi Azerbaycanida , Cenubi Azerbaycani da Qarabagida. Bu yolda Allah yardimcimiz olsun Insallah

Aliyar 2020-05-12 07:08:30

Uğurlu olsun!

RR 2020-05-11 18:48:35

Əla təbriklər. Uğurlar olsun. Amin

El 2020-05-11 12:39:25

Qərbi Azərbaycanlılar aktiv olun. Qərbi Azərbaycan Respublikasını dəstəkləyin.

musa 2020-05-11 10:51:26

SUKURLER OLSUN Tebrik edirem

Eldəniz 2020-05-11 10:50:02

Çox doğru qərar qəbul edilib...kaş ki bu SSRİ adlı qaniçən qırmızı imperiya dağılan ərəfədə yaradilaydi ...Bundan sonra mühacirət hökuməti və onun strukturu formalaşmalıdır ...

Əliyev F. 2020-05-11 09:49:52

Bax buna deyərəm iş. Yaqin ki, davamlı olar-İnşallah!

Seyid Ənhu 2020-05-11 02:19:32

ULU TÜRK TORPAQLARI ÜZƏRİNDƏ YENİ BİR TÜRK DÖVLƏTİNİN DOĞULMASI MÜNASİBƏTİ İLƏ DÜNYANIN BÜTÜN TÜRKLƏRİNİ VƏ TÜRKSEVƏRLƏRİNİ BÖYÜK COŞĞU İLƏ TƏBRİK EDİRƏM.. BİZ HƏR ŞEYİ SIFIRDAN BAŞLAYACAQ, DÜŞMƏNLƏRİ HƏQİQƏTƏ BOYUN ƏYMƏYƏ MƏCBUR EDƏCƏYİK!

OXUCU 2020-05-11 02:16:45

NECƏ SEVİNDİM İLAHİ BU GECƏ VAXTI.VƏTƏNSEVƏN İNSANLAR VAR OLUN.

Özgür 2020-05-11 01:02:17

Nəhayət ki, 1991-ci ildən bəri gözlədiyimiz hadisə baş verdi, yeni Respublikanın yaranması münasibəti ilətəbrik edirik, dünya durduqca dursun. Qafar Çaxmaqlını təbrik edirik.

t.ədalət 2020-05-10 23:52:55

Rus-alman müharibəsinin 75 illiyi ilə əlaqədar Azərbaycan parlamentinin Rusiyanı "böyükvətən" adlandırması, ayılbdır ...Rusiya 20 Yanvardan üzü bu yana,təqribən85 mindən artıq vətəndaşımızı qüətlə yetirib.Bu qədər qətllərdən sonra Rusiyanı yenidən vətən adlandırmaq,həqiqətən dəhşətdir!Bunun ancaq bir izahı var ki,rusun dalınca qaçanlar bizdən deyil.Əlbəttə,damarlarında erməni qanı axanlar üçün vətən təəssübkeşliyi ola bilməz.Rus işğalına qarşı dayanan AXC ilə iqtidarın münasibətləri də Moskvadan pozulur.Moskva yaxşı bilir ki,AXC heç vaxt müstəmləkə boyunduruğu geyinməyəcək.

Əli 2020-05-10 23:26:48

Biz mühacirətdəki Qərbi Azərbaycan( İrəvan) Respublikasını ürəkdən dəstəkləyirik, Azərbaycan dövlətinin Qərbi Azərbaycan dövləti ilə siyasi əlaqələr qurub beynəlxalq ictimaiyyətdə təbliğatının aparılmasını arzu edirik.

Nəzakət 2020-05-10 22:56:02

Qeyrət a vətəndaşlar, ümmət a vətəndaşlar!

nəzakət 2020-05-10 22:55:02

qeyrət a vətəndaşlar,

t.ədalət 2020-05-10 22:19:42

Sağ ol,Qafar!Nəhayət ki Rusiyanın oyunlarına qarşə bir divar qura bildiniz.Mühacirətdə olan İrəvan Respublikası çoxdan yaradılmalı idi.Kürdlər mühacirətdə olan Kürdüstan dövlətini yaradıb ermənistanda oturanda biz də İrəvanı yaratmalı və rusların məhv etdiyi yurd-yuvalarımızın xəritəsini də hazırlamalıydıq.İrəvanlı Vətən təəssübkeşləri,uğurlar SİZƏ!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol