KARANTİNDƏ MİLYONLARI NECƏ TALAYIBLAR? - Nazirlikdəki korrupsiya ilə bağlı sensasiyalı faktlar

Tanınmış jurnalist Rüstəm Əbülfətoğlu Mədəniyyət Nazirliyində baş verən korrupsiya və talançılığın miqyasını əks etdirən araşdırma aparıb. Məqalədə təkcə pandemiya ilə bağlı karantin günlərində həyata keçirilən əməliyyatların bir qismi barədə də heyrət doğuran rəqəmlər yer alıb. Araşdırmanı oxuculara tədim edirik:

Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməliyyat keçirdiyi gün Mədəniyyət Nazirliyinin mühasibatlığında 2 sifariş üzrə büdəcədən yarım milyon manatdan artıq, dəqiq rəqəmlərin ifadəsində 526 min 381 manatın bölgüsü aparılırmış. 

Nazirlik qərara alıb ki, təşkilatda 1 ildən çox istifadə edilən KOMPÜTER PROQRAMLARINA (yalnız) TEXNIKI DƏSTƏK üçün 269 min 999 manat xərclənsin (ilin sonuna 7 ay qalır bu hesabla 1 aya 38570,00 manat). Yerdə qalan vəsait isə “ Birinci İslam Ölkələri Xalq Çalğı Alətləri və III Beynəlxalq Aşıq Festivallarının və Elmi simpoziumun təşkili”nə sərf olunsun. DTX-nin əməliyyatı mühasibatlıqdan hələlik yan keçdiyi üçün proses birtəhər başa çatdırılıb.

Bununla belə indi nazirlikdə bəzi vəzifəlilər daha çox narahat görünürlər. Deyilənə görə buna səbəb ölkədə KARANTIN REJİMİ elan olunan gündən bu yana, yəni 14 mart 2020 ci ildən nazirliyin idarə və xidmətləri vasitəsi ilə hər birinin dəyəri 50.000 manatdan yuxarı olan 18 tender və dəyəri 50 min manatdan aşağı olan 12 kotirovka üsülu ilə keçirilmiş alqı-satqı əməliyyatlarının şəffaflığı barədə DTX-nin ciddi məlumatlara malik olmasıdır. 

Son 2 ayda nazirliyin qurumları “İstehlak yönümlü müxtəlif xidmətlər”dən başlayaraq, “Müxtəlif vasitələr ilə muzeylərin fəaliyyətinin inkişafı işləri” o cümlədən “təntənəli yubiley tədbirləri, ədəbi müsabiqələr, festivalların mükafatlandırma mərasimləri, poeziya günləri və s. təşkili də daxil 32 əməliyyat üzrə bu günə qədər büdcədən 5 milyon 970 min manat xərcləyib.

Bu məbləğə işçilətin əmək haqları və s. bu tip heç bir ödəniş daxil deyil! Maraqlıdır ki, bütün bu alqı-satqı və xərclər bir daha təkrar edirəm ölkə RƏSMI KARANTINdə olduğu zaman son 2 ayda rəsmiləşdirilib.

Bu ağır günlərdə heç bir müəssisənin işləmədiyi müddətdə nazirliyin Muzey və Fond binalarındakı kondisioner, ventilyasiya, isitmə, isti və soyuq su təchizatı sistemlərinə TEXNIKI SERVISin göstərilməsi üzrə xərcləri də xüsusi diqqət çəkir. 

Bu məqsədlə dövlət büdcəsidən 297 min 931 manat, teatr binalarında isə eyni xidmət üçün 298 min 589 manat vəsait xərclənib. Başqa sözlə muzey, fond və teatrlardakı havalandırma sisteminə sadəcə TEXNIKI SERVIS xidməti (heç bir avadanlıq alınmadan) büdcəyə ümumilikdə 578 min 520 manata başa gəlib.

Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında qanuna əsasən “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət” üçün 441 milyon 921 min 500 manat ayrılıb. 

Bu vəsaitin 178 milyon 714 min 885 manatı mədəniyyət və incəsənət sahəsində fəaliyyət üçün, 156 milyon 180 min 776 manatı isə mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti sahəsinə aid olan digər müəssisə və tədbirlər üzrə xərclənə bilər.

YƏNİ, ÜMUMİLİKDƏ 334 MİLYON 895 MİN 661 MANAT VƏASAİT MƏDƏNİYYƏT NAZİRLİYİNİN İXTİYARINA VERİLİB.

Təşkilat bu vəsaiti İstanbuldakı Topkapı saray kompleksində Azərbaycan evinə dair bədii-tərtibat işlərindən başlayaraq regional mərkəzlərindəki katriclərin doldurulması xidmətinə qədər ilin sonuna kimi xərcləyə bilər.

Bu da maraqlıdır ki, rəsmi statistik məlumatlara əsasən Mədəniyyət Nazirliyi şəhər və regional idarələri də daxil təkcə 2019 cu ildə dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan 73 alqı-satqı əməliyyatı həyəta keçirib. Və bunlardan 34-nü Regional Mədəniyyət İdarələri vasiəsi ilə....

P.S. Təkcə Biləsuvar Regional Mədəniyyət İdarəsi yalnız dəftərxana xərcləri üzrə ötən il 391795.98 manat vəsait xərcləyib. Məncə pis rəqəm deyil...

AzPolitika.info

635x100

Şərhlər

Cavid 2020-05-25 11:40:37

Öyrənmiş və öyrədilmiş adamların xasiyyətii dəyişən deyil.Əsas ideoloji mərkəz dağıdılmasa bu addımların mənası omayacaq.

Firuz 2020-05-13 23:44:01

Bu sübut etmirmi ki,ölkədə nəzarət sistemi iflcdir....Qarayev 30 ildən çox eyni kresloda oturub kef etməsi ,ölkədə mədəniyyətin vəziyyəti ilə təsdqlənir...

nihad 2020-05-13 18:32:49

əbülfəz bu "biznesə" fizuli ələkbərovun işçisi olaraq gəldiyinə görə onun məktəbinin qanunlarınl 25 il burada əxz elətdirirdi,necə deyərlər büdcə pulunu

Alıda 2020-05-13 17:39:32

Yaxşı olardı ki.uşaq baxçalarınıda yoxlayardiniz.Baxçaya qəbul pulla dövlət baxçalarında haqq olmadığı halda 50 azn tələb olunur.

baba 2020-05-13 14:57:52

Şəki Mədəniyyət İdarəsində xərc ondan çoxdur ...

Faiq 2020-05-13 11:09:37

Əsl quldurdurlar daraşıblar millətin dövlətin canına qanını da sorurlar ....

Son yazılar