Menu

Bu gün Azərbaycanda 6264 nəfər koronavirus testindən keçib

13.05.2020, 21:13
Bu gün Azərbaycanda 6264 nəfər koronavirus testindən keçib

Bu gün Azərbaycanda koronavirusla bağlı 6264 test keçirilib.

APA-nın məlumatına görə, bu barədə TƏBİB məlumat yayıb. Ümumilikdə ölkədə koronavirusla bağlı test edilənlərin sayı 208 546 nəfərdir.

Qeyd edək ki, bu gün Azərbaycanda daha 65 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər vəfat edib.

Ümumilikdə ölkədə virusa yoluxma sayı 2758, ölüm sayı 35, sağalan xəstə sayı isə 1789-dur. Hazırda 934 aktiv virus xəstələrdən 27-si reanimasiyadadır, 10-u isə süni tənəffüs cihazına qoşulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol