“NAZİR KORRUPSİYAYA İCAZƏ VERİB, PAYINI ALIB...” – “Deputat 100 milyonlarla vəsait ələ keçirib”

“Burada Əbülfəs Qarayevdən başqa məsuliyyət daşımalı ikinci bir şəxs yoxdur”

"Elmira Axundova deputat olandan sonra 40-a yaxın müəssisəyə sahib olub"

Ötən həftə Mədəniyyət Nazirliyində keçirilən əməliyyat zamanı üzə çıxanlar onu da təsdiq edir ki, digər nazirliklərdə də- hansılarda ki, böyük büdcə vəsaitləri ixtiyarlarına verilir- daha geniş oğurluqlar, “otkat”lar var.

Artıq mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs olunublar. Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarında ittiham edilir. DTX-nın yaydığı videogörüntülərdə Rafiq Bayramov “cari təmir işləri üçün nəzərdə tutulan vəsaitin 10 fazinin nazirliyin ehtiyacları üçün geri verildiyini” deyir.

Zakir Sultanov vəzifə səlahiyyətlərindən istifadə edərək “mədəni irs hesab edilən xüsusi arxitektura-memarlıq üslubuna malik binalarda rekonstruksiya işlərinin aparılmasına maddi maraq müqabilində razılıq verib”.

Rafiq Bayramov isə nazirliyin regional idarələrinin rəhbərləri vasitəsilə rayonlardakı musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarını rəsmiləşdirmək və onların əmək haqlarından tutulan vəsaitlərin ələ keçirilməsində şübhəli bilinir. Nazir müavini ölkə ərazisindəki musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsini şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsilə müntəzəm olaraq nağdlaşdırıb və mənimsəyib. Rafiq Bayramov rayonlarda müəyyən cari təmir işləri üçün ayrılan 1 milyon 500 min puldan təxminən 150 minini mənimsədiklərini gizlətmir.

Maraqlıdır ki, Mədəniyyət Nazirliyindəki antikorrupsiya əməliyyatının videosu ortada ikən nazir Əbülfəs Qarayev vəzifəsində qalmaqda israr edir. Müavini və idarə rəisinin ifadələrindən isə belə aydın olur ki, onun inadkarlığı yersizdir, baş verənlər onun “xeyir-duası” olmadan gerçəkləşə bilməzdi. Belə iddialar da var ki, Əbülfəs Qarayev hazırki durumda çıxış yolu axtarır, onun MDB ölkələrindən birinə səfir təyinatı üçün yollar axtarır.

Digər bir məlumatda isə qeyd olunur ki, Əbülfəs Qarayevin inadkarlığı müavini və idarə rəisinin onun əleyhinə verdikləri ifadələrdə daha kəskin mövqeyə yol açıb. Özlərini müdafiə etmək üçün tutulan nazirliyin rəsmiləri onun əleyhinə olan olduqca ciddi faktları açıqlayıblar. Hər ötən gün istintaqda Əbülfəs Qarayevin əleyhinə daha çox material toplanır. Belə bir halda Əbülfəs Qarayevin “fəxri sürgün”ə, Afrika ölkələrindən birinə belə səfir göndərilməsi də sual altına düşə bilər.

ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a deyib ki, İlham Əliyevin başlatdığı antikorrupsiya əməliyyatlarına cəmiyyət, müxalifət ciddi şəkildə dəstək verməlidir: “Bu gün Azərbaycanda korrupsioner olmayan məmur demək olar ki, yoxdur. Korrupsiya şəraitini yaradan nədir? İcra başçısı oğlunu korrupsiya ilə mübarizə idarəsinə yerləşdirir, o biri oğlunu təhlükəsizlik sahəsinə saldıra bilir, məhkəməyə hakim keçirir. Belə olmaz. Beləliklə korrupsioner məmurlarla korrupsiya ilə mübarizə aparmalı olan vəzifə sahibləri ilə yaxın əlaqələr yaranır, qohumluq əlaqələrinə qədər gedib çıxır. 

Dövlət nəzarəti gücləndirilməli, prezident inspeksiyası bərpa olunmalıdır. Korrupsiya cinayətləri ilə bağlı cəzalar gücləndirilməlidir. Vəzifəyə təyinat alanlar mütləq şəkildə, qeyd-şərtsiz mül-mülkləri haqda hesabat verməlidirlər. Doğru məlumat verməyənlər dərhal cəzalandırılmalı, gizlətdikləri əmlakları dövlət nəfinə müsadirə edilməlidir. Ilham Əliyevin korrupsiyaya qarşı apardığı mübarizə cəmiyyət tərəfindən yüksək səviyyədə dəstəklənməli, bu tədbirlərin genişlənməsi və dərinləşməsi üçün addımlar atılmaldır.

Mədəniyyət Nazirliyində nazirin müavininini, vaxtilə köməkçisi olmuş Rafiq Bayramovun əməlləri üzə çıxıb. O, çox nəhəng miqdarda korrupsiyada ittiham olunur. Bu adamlar nəhəng korrupsiyaya qurşanıb Azərbaycan mədəniyyətinə ziyan vurublarsa, burada Əbülfəs Qarayevdən başqa məsuliyyət daşımalı ikinci bir şəxs yoxdur. Sən nazirsən, sən həmin korrupsiyadan payını alıbsan. Bu boyda korrupsiya cinayəti ifşa olunub, nazirə isə cəza verilmir. Əvvəla, hər hansı bir nazirlikdə müavinlər, idarə rəisləri korrupsiyaya qurşanıbsa, demək, nazir bundan pay alıb. 

Sənədlərə Əbülfəs Qarayev imza atıb, şəxsən o pulların mənimsənilməsinə icazə verib, əvəzində pay alıb. Əgər pay almırsa, deməli, rəhbərlik edə bilmir, rəhbərlik etdiyi təşkilata nəzarət edə bilmir. Hər iki halda işdən çıxarılmalıdır. İcra başçılarının korrupsiya cinayətlərinə görə dövlət nəzarətini həyata keçirən orqanlar cavab verməlidir.

Bu cür əməliyyat digər nazirliklərdə, komitələrdə də keçirilməlidir. Milyardlarla yeyintilər var dövlət qurumlarında. Büdcədən oğurlanan pulların geri qaytarılması istiqamətində dövlət proqramı həyata keçirilməlidir. Bu gün məmurların oğurladığı pulların dövlət büdcəsinə qaytarılması, ölkədən qaçırdıqları, xaricdə saxladıqları pullar geri alınmalıdır. Tenderlərlə bağlı məsələlər çox cidd şəkildə yoxlanılmalı, ən sərt tədbirlər görülməlidir. Bu gün Azərbaycanda korrupsiyanın çiçəklənməsində parlamentin, parlamentdə az əvvələ qədər oturan deputatların fəaliyyəti araşdırılmaldır. Korrupsionerlərin əksəriyyəti, onların müdafiəçiləri uzun müddət parlamentdə oturublar. 

Deputatların böyük əksəriyyəti deputatlıq fəaliyyəti ilə bir araya sığmayan fəaliyyətlə məşğul olublar. Təkcə Elmira Axundova deputat olandan sonra 40-a yaxın müəssisəyə sahib olub, 100 milyonlarla vəsait ələ keçirib. Haradan alıb bu qədər pulu? 

Deputat maaşı ilə qazanıb? Təbii ki, bu varidat korrupsiya yolu ilə əldə olunub. Respublika Prokurorluğu Elmira Axundova ilə bağlı cinayət işi başlamalıdır. Mətbuatda onun cinayətləri ilə bağlı materiallar var, qaldırsınlar, araşdırsınlar. 

Bu adamlar mandatından sipər kimi, özünü qoruma vasitəsi kimi istifadə ediblər, tenderlərdə iştirak ediblər, əllərinə keçəni mal-mülklərinə qatıblar. Bu gün korrupsioner istehsal edən konsepsiyadan imtina olunub. Azərbaycan müxalifəti bu məsələdə İlham Əliyevin yanında olmalıdır. Əks halda, bu proses yarımçıq qalacaq".

635x100

Şərhlər

Veteran 2021-01-16 01:00:00

Bu Elmiranın oğlu da dələduzluqda ittiham olunurdu....

Veteran 2021-01-16 00:56:59

Bu mofioz keçmiş deputat Elmiranın oğlu da anasının arxasıda gizlənərək çoxlu sayda dələduzluq və digər cinayətlər tö ətmiş,hələdə

inci 2020-06-19 17:27:38

Bərdə Regionalın heç ad çəkilmir.İlyas müəllimin müəllimlərdən yığdığı pullar nə vaxt açılacaq.

KIÇİBƏY 2020-05-27 02:58:42

AFAQ BƏŞİR QIZI HALAL OLSUN SƏNƏ DÜZ DEYİRSİNİZ 34 YAŞLI UŞAQ İCRA BAŞÇİSI HƏQİQƏTƏN gülməlidir?

Elman Nəsirov 2020-05-25 11:27:35

Maraqlıdır,Cəlaloğlu müxalifətdir,yoxsa iqtidar təmsiçisi? Ümumiyyətlə Qurban Məmmdoun hans məsləkə qulluq etdiyi isə tam bəlli deyil.Bunlar niyə ayrı=ayrı qütblərdə çıxış edirlər?

Fakt 2020-05-24 20:38:59

Şəki Regional Mədəniyyət İdarəsinin Həmkarlar Komitəsinin sədri Rəhman heç bir savada və təhsliə malik deyil,ancaq 30 -ildir ki, həmin vəzifəni özəlləşdirib ? Rəhman yalnız özü üçün sərvət toplayıb, işçilərin qayğısına qalmayıb ?

şəkiliqardaş 2020-05-19 17:42:13

Şəki Mədəniyyət İdarəsində də korrupsiya hökm sürür.......????

Berliner 2020-05-18 01:21:32

mədəniyyət nazirliyi həm də xaricdə Azərbaycanın mədəniyyət evlərinin tikilməsi və özəlləşdirlməsi ilə də məşğuldur, bunlardan biri də Berlində sahəsi minlərlə kvadratı ötmüş mədəniyyət evidir. Özü də illərdən bəri tikilir-tikilir və bitmək istəmir... Hıvətənlər bura Azərbaycanın korrupsiya evi də deyirlər...

Moşuya 2020-05-17 22:21:53

17 il yatıb birdən oyananda necə olur?Arxadan atılan daş topuğa dəymirmi?Mo

Moshu 2020-05-16 19:27:10

Ölkə başçısı gözəl bir ənənənin əsasını qoydu. Əməllərində cinayət əlamətləri olan hər kəs hətta övladı olsa belə məsuliyyətə alınmalıdır. Bu xanımcığaz Heydər Əliyevə aid olan kitabları əlində rəhbər tutaraq "akademikimizin" vasitəsilə icra hakimiyyətlərinə baha qiymətə satmaqla, Müdafiə Nazirliyində tender qazanmaqla, sahibkarlıqla məşğul olmaqla, vətəndaşlara qarşı dələduzluq etməklə Ukrayna kimi bir dövlətə səfir göndərilməsi mənə qəribə gəlir. Onu Biləcəridən o yana buraxmaq olmazdı.

GEBER 2020-05-16 12:55:22

Həvva Adəm hekaiyyəti modernə qədər beyin viruslarindan yaranan söz izharlari olmaqla _minlərlə dini fəlsəfi didaktik silsilələrə təkanverici söz piramidalarindan ibarət vulkanik uzunluqlarin _düzənə bənzər SOZ və Əxlaq kodeks tabularinin _yerdəyişgənliyi , əldə oynadian təsbeh tək , gözəgörünməz bir nizamlayici ip üstündə olmasi ipə pərçimlənmiş müncüqlar üçün bəlli olmayan həyat sirləridir . Misal alin yazisi fal nəhlət , filan bəsməkan . Alin yazisi ilə , nə baş verir bu qatar hardan hara gedir ? əgər Sizlər üçün sualdirsa cavabi qəbirstanliqda deyil . . Biz azərilərdən biri birimizə fayda gəlsə də belə , sonda məyyusluq yaradacaqdir , qoy rusca eto budet opredeleniyem. Üzr istəyirəm , ki yazimi xəsisliklə sap ucu yazacam qirilmiş saplarla hardan yapişdin qirilacaqdir elə bilin , ki işiqi yandirib söndrməklə , çünkü məndə azərbaycanliyam digərinizə az xeyirli olan qəbul olunan həddə . İstənilən cəmiyyətdə istər aboriqenlər olsun istər protestant ingilislər üçün olsun _ Həvva Adəm hekayyətləri və onlarin modern yerdəyişmələri təmin etmilşdir . Misal vindovs Adəm_dirsə _ İnternet Həvva-dir , yəni _ yeni nəsil məcburi olaraq eyni qədimləşmiş müasirliyi _ eyni anlayişlarini** eyni versiyalarini ** gözəgörünməz beyin təsbehinə _ mövcud rəqəmsal bioloji _ vindovs mexanizmində kiminsə əlində firladir . Eynən _beyinlərimizdə gözəgörünməz təsbeh iplər** üzərində yeni taleyi yaşami , məna və psixapatik deliktləriə yeni Həvva Adəm-ləri yükləyir . İnsan özünə xas siqnal vasitələri _ağlamaq qişqirmaq yalvarmaq diğər kommunikasiyalar quql xrom və yaxud Azərbaycan Qəzeti + sovetin Kirpi və yaxud Əkinçi qəzet _HƏvva Adəm-ə bənzər sarmşiqlanan adət ənənələr kodeks və tabulari :_hər bir cəmiyyətin ilkin Həvva Adəm heykəlinin altinda yazilan sərlöhəsindən canlanan moderndir . Sual olunur bəs axi :- hər bir azərbaycanlinin istər məmur olsun istər əlinə imtiyaz düşən , yutub kanal yiiyəsi , hər bir kəs olsun təki azəri olsun _ hansi Həvva Adəm psixogenetik tip viruslari onda olubdur . ki diğər azərinin gözünə baxa baxa , ailə uşaqina məhəl qoymadan , maaş kartini əlindən alib qoyur çibinə , pay torpaqini isə məhkəmə ilə alir , nə istəyir edir . təvəkkül Allaha prinsipinin 53 maddəsinin 7-ci bəndi ilə insan susr necəki ölü mürdəşilin stolu üstündə paltarini cirir birdən atasina sataşan bilsə şillə vursa da susur , azərbaycan xalqi hal hazirda içi mən təvəkkülün 13 cü yəni çox aşaqi bəndindəyik . Yəni Cəlil Məmmədquluzadənin . poçt qutusuna bənzər Novruzəli kimi Feysbuka məktub atiriq və səhərə qədər Poçt qutusundan cavab gözləyir , ki bəlkə Gözəgörünməz Olim Allahi Zevs məktubumuzu cavablayar cavab olmayanda _səbirsizlikdən sonda çixiriq 28 aprel meydanina bəs məktubumuza cavab ver _ bizləri Novruzəli kimi dəyənəklirlər . ki Almaniyayaya Faustun vətəninə emiqrasiya edib rahatliq tapaq Orda da rahat ola bilmirik , bir yarimçiq ekstrasens qaqaş Ədilovun kanalinda Tulaya ekstrasenslərin Papyusun Elifas Levinin vətəninə öz samovari ilə qonaq gəlir. Ağ adamlarin beyin viruslari bizdən irəlidə olmaqlari , altrnativ Həvva Adəm beyin viruslu izahrlarla izahlidir , onlar biri birinə sözdə deyil , oruc tutmaqla deyil , savadlari və kitab oxumaqlari ilə də deyil , misal Elmira Axundova tək , savadli qadin heç Hitlerin köməkçi qadinlarinda da olmamiş idi , yəni bizlər üçün savad Qarvard kosmosa uçmaq filan -bilgilərlə deyil _ lap elə tar _kamança qoşa naqara meyxana ilə də deyil , instinktiv ədalətə qarşi üsyan qaldiranlar qəbiləsi kimi , ovlanan dovşani delə _ədalətlə bölməkdən məhrumuq və dilemanin özü həllini tapan psixopatik previziyalardandir.

Aborigen 2020-05-15 21:25:03

Fikirləşəndə ki, bir qarın yeməkdən yana oğurluq edən adamı parçalamağa hazır olan bu cəmiyyət 100 milyonları oğurlayan icra başçılarının, deputatların qarşısında baş əyir, insan olduğu üçün xəcalət təri adamı basır.

Aqahüseyin Aqayev 2020-05-15 18:03:47

Doqrudan da Axundova və oqlu hakqında sosial şəbəkələrdə cox mənfi fikirlər yayılır.Bu hal araşdırılmalıdır.İnanıram yeni bqş prokuror bunu nəzarətə ğötürəcək.

veteran 2020-05-15 17:26:11

hansı nazirin müavini tutulursa o istefa verməlidir

Xalqın səsi 2020-05-15 15:25:25

Ay millət Eldar, Əbülfəz,Elmira.Bunlara hər yerdə yaşıl işıqdır.Çünki yazılmamış qanunla,onlar Toy xu nul maz diiiiir.

Heydar 2020-05-15 15:24:45

Hamisi $oudu. Akif covdarovun topladigi sarvatindan hec 1 % almadilar. Hamisi yerindadi.

Ədalət 2020-05-15 10:33:32

Əbülfəz Qarayev həps olmasa,deməli heç bir islahattan söhbət gedə bilməz.

Son yazılar