Korrupsiyaya qarşı mübarizə tədbirləri, 5 icra başçısının, nazir müavini və nazirliyin vəzifəli şəxslərinin, bir generalın rüşvət və korrupsiya əməllərinə görə həbsi və bu əməliyyatlarla bağlı yayımlanan görüntülər cəmiyyətədə böyük rezonans doğurub. Bu hadisələr təkcə sırf cinayət əməllərinin ifşası deyil, həmçinin məmur təbəqəsinin müəyyən kəsimində mənəvi dəyərlərin tənəzzülə uğramasının isbatı oldu.
“AzPolitika.info” xəbər verir ki, YAP-çı deputat, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov özünün “feysbuk” səhifəsində qeyd etdiyimiz son hadisələrlə bağlı maraqlı status paylaşıb. Millət vəkili öz statusunda korrupsiyanın cəmiyyətə vurduğu maddi ziyanla yanaşı, mənəviyyata vurduğu dəhşətli zərbədən bəhs edib və bu əməllərin dövlətə, xalqa xəyanət olduğunu bildirib.
Həmin statusu olduğu kimi təqdim edirik: “Yaşadığımız mürəkkəb və çətin həyatda doğru yol seçmək hər adamın işi deyil. Həyatda doğru yol seçməyən insanın başı daim bəlalar çəkər. İnsanın başqalarına qarşı etmiş olduğu haqsızlıq heç vaxt unudulmur. Çünki edilən haqsızlıq başqasının haqqına, səadətinə, imicinə vurulan zərbədir. Belə işlərlə məşğul olanlar bilməlidirlər ki, bunun cavabını almış olacaqlar. Millətinə, dövlətinə, xalqına, əqidə yoldaşına xəyanət etmək namussuzluq və şərəfsizlik deməkdir. Öz namus və şərəfini pula, mala satanların son aqibəti nəinki cəmiyyət içərisində, hətta ailələri yanında belə dəyərsiz, qiymətsiz olur.
Bir insan hiss etsə ki, sadəcə bir canlı kimi mövcuddur, lakin onun cəmiyyət içərisində heç bir dəyəri, qiyməti yoxdur, bu, həmin şəxs üçün ölümdən betər olmalıdır. İnsanın mənfi və müsbət qiyməti onun əməllərinin cəmiyyətin əxlaq normalarına uyğun gəlməsi və faydası ilə ölçülür.
Bu gün cəmiyyətimizdə baş verən neqativ hallarda cəmiyyətimizin laqeydliyinin və məsuliyyətsizliyinin də payı var. Laqeydlik və məsuliyyətsizlik həyatımızın ən böyük bəlalarından biridir. Bunun böyük ictimai bəlaya çevrilməməsi üçün hər bir vətəndaşdan belə səhv edənlərə qarşı ciddi mübarizə aparması tələb olunur.
Hər bir kəs unutmamalıdır ki, səhv edəni təmizə çıxarmağa çalışmaq, doğrunu ləkələmək deməkdir. Haqqı güdaza vermək oğruya yol açmaq deməkdir. Hər kim olursa olsun, dövlətin, millətin, xalqın mənafeyinə zidd hərəkət etməməlidir, edəcəksə onu xalqın nifrəti və dövlətin cəzası gözləyir.
Gəlin Prezidentimiz cənab İlham Əliyevin cəmiyyətimizi daha da saflaşdırmaq üçün apardığı siyasətə hamılıqla dəstək olaq!
Ömür şirindir, lakin namus və şərəflə yaşanan ömür daha şirindir.”
Tahir
“AzPolitika.info”

Şərhlər
Memurlara baxırsan 800 ilə 1000 manat arası maaş alır emlaklarına baxırsan milyon manatlarnan qıymeti var!
Ən asanı ütün baş verənlərdə cəmiyyəti günhlandırmaqdır.Amma heç biriniz cürət edib deyə bilmirsiniz ki,bu qədər İcra başçıları,nazirlik,idarələrin msul işçiləri,rəhbərlərinin illərlə davam edən cinayətləri niyəvaxtnda açılmayıb,bunun günhkarları niyə kölgədə saxlanılır.niyə bu cinayətkarlarınhamısı YAP-nın üzvləridir,Partiya funksionerləri niyə nzarət etmək istəməyiblər və digər çoxlu iradlar barədə real söz demirsinz. Hamınız saray bülbülləri kimi eyni sözü təkrar edirsiniz.
METRO TAQI ILE,SIYAVUW NOVRUZOVUN DEYERI NE QEDERDI,...