SƏRHƏD XİDMƏTİNİN DAHA İKİ POLKOVNİKİ HƏBS OLUNDU - Külli miqdarda rüşvət alma...

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətinin rəisi Əfqan Hacıyevlə birgə tutulan şəxslərin adları məlum olub.

Bakupost-un məlumatına görə, Hərbi Məhkəmə tərəfindən polkovnik Vəliyev Elçin Vaqif oğlu və polkovnik Quliyev Xalis Xudamurad oğlu barəsində də həbs qətimkan tədbiri seçilib.

E. Vəliyev Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3-cü (külli mqidarda rüşvət almada) X. Quliyev isə 312.2-ci (rüşvət vermə) ittiham olunur.

Bakı Hərbi Məhkəməsində hər iki şəxs barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

635x100

Şərhlər

Ağayev Ağahüseyn 2020-05-22 16:17:30

Ə Naqıyev Sahil mühafizə xidmətinin rəyisi deyil. O SƏRHƏD QOŞUNLARİNIN Rəis müavinidir və o sahəyə rəhbərlik etmir.BƏS NİYƏ NAQIYEV?

Ağayev Ağahüseyn 2020-05-22 16:17:30

Ə Naqıyev Sahil mühafizə xidmətinin rəyisi deyil. O SƏRHƏD QOŞUNLARİNIN Rəis müavinidir və o sahəyə rəhbərlik etmir.BƏS NİYƏ NAQIYEV?

Kamil 2020-05-16 23:03:36

Bu rüşvətxorları kim himayə edib ki.bu qədər vaxt əməllərini davam etdirə biliblər?

t.ədalət 2020-05-16 11:26:07

Sərhəd xidmətinin indi təqaüddə olan zabitlərindən biri Xəzər dənizində gəmi saxlayırdı.Balıq tutma-brakonyerlik işində əsgərlərin də əməyindən istifadə edirdi.MN-nin keçirdiyi reyd zamanı həmin gəmi aşkarlandı və lentə alındı.Gəmi Salyan reydində dayanırdı.

Leytenant 2020-05-16 10:59:37

Buradan təsdiq olunur ki,Elçin Quliyev tutduğu vəzifəyə uyğun olmadığı kimi.bacarıqsız ,kollektuivə rəhbərliyə yaramayan bir şəxsdir və onun da dərhal məsuliyyətə cəlb olunması başladılan bu işlərin effektin yüksəldər.Guya bu rüşvətlər,yeyintilərdən Quliyevə pay çatmayıb? bUna inanmaq sadəlövhlük olard.r

Son yazılar