Menu

“Qarabağ” Milandan xalsız döndü

03.10.2014, 09:02
“Qarabağ” Milandan xalsız döndü

UEFA Avropa Liqasında Azərbaycanı təmsil edən Ağdamın “Qarabağ” komandası oktyabrın 2-də qrup mərhələsinin ikinci oyununu keçirib. F qrupunda yarışan “Qarabağ” Milanda İtaliyanın “İnter” klubunun qonağı olub. Oyun 2:0 hesabı ilə “İnter”in xeyrinə başa çatıb.

“İnter” tarixi ərzində 18 dəfə İtaliya çempionu olub, 7 dəfə İtaliya kubokunu, 5 dəfə İtaliya superkubokunu qazanıb. O, 3 dəfə Çempionlar Liqasında (kubokunda) zəfər çalıb, 3 dəfə UEFA kubokunu, 2 dəfə qitələrarası kuboku əldə edib, 1 dəfə klublar arasında dünya çempionu olub.

Qrupun digər oyununda Fransanın “Sent-Etyenn” komandası Ukrayna “Dnepr”ini qəbul edib. Bu oyunda hesab açılmayıb.

2 turdan sonra “İnter” 6 xalla qrup lideridir. “Sent-Etyenn”in 2, “Dnepr”lə “Qarabağ”ın 1 xalı var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol