Menu

Ermənistanda daha bir əsgər öldü

20.05.2020, 10:53
Ermənistanda daha bir əsgər öldü

Ermənistan silahlı qüvvələrinin müddətdən artıq hərbi qulluqçusu Enrik Aramyan ölüb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, hərbçinin ölümünə səbəb başından aldığı güllə yarası olub.

Hadisə ötən gün yerli vaxtla 20:30-da hərbi hissələrin birində döyüş mövqeyində baş verib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol