DÜNYADA KORONAVİRUSA YOLUXANLARIN SAYI 5 MİLYON 100 MİNİ ÖTDÜ – Ölkələr üzrə statistika

Dünyada koronavirusa yoluxan 2 033 330 nəfər sağalıb, 329 895 nəfər isə virusdan ölüb. “Report” xəbər verir ki, indiyədək 5 100 895 nəfərə COVID-19 diaqnozu qoyulub.

Ən çox yoluxma halları ABŞ (1 551 853), Rusiya (317 554) və Braziliyada (293 357) qeydə alınıb.

Qeyd edək ki, mayın 21-nə olan məlumata görə, Azərbaycandaindiyədək 3 631 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 2 253nəfər sağalıb. Ölkəmizdə COVID-19-dan ölənlərin sayı 43 nəfərdir.

Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 152 587 nəfər yoluxub, 4 222 nəfər ölüb. İranda isə 126 949 nəfərə koronavirus diaqnozu qoyulub. Son məlumata görə, bu ölkədə 7 183 nəfər pandemiyanın qurbanı olub. Qonşu ölkəGürcüstanda koronavirusa yoluxanların ümumi sayı 721-ə çatıb. Onların 485-i artıq sağalıb, 12-si isə vəfat edib.

Ermənistanda indiyədək 5 606 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 2 581 nəfər sağalsa da, 70 nəfər ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar