O, ƏSL DEMOKRATDIR!

Dünən saytlardan izlədim. Milli Məclisin Plenar iclasından sonra belə bir yazı getmişdi: “Parlament sədri niyə deputatlara qarşı aqressivdir?” Və bu başlıq Sahibə Qafarovanın Aydın Mirzəzadəyə verdiyi çox qısa cavabdan sonra manşetlərə daşınmışdı.

Hərgah, məsələnin məğzi həqiqətən tam başqadır. Bunu şahid kimi deyirəm. Ortada nəinki aqressiya, heç səs tonunun yüksəlməsi belə yox idi. Adi vəziyyət. Normal hal. Standart prosedur. Sual (təklif) verilir, cavab gəlir. Daha dəqiqi, təklif ya bəyənilir, ya da əsaslandırılaraq geri çevirilir. Vəssalam. Yoxsa ay aqressiya, sərtlik, filan-feşməkan. Olmayıb elə şey. Yanlış məlumatdır. Açıq dezodur.

Sahibə Qafarova əsl demokratdır. O, sədr seçildiyi ilk gündən hər kəsə söz demək imkanı yaradıb, bütün çıxışlara daim səbrlə yanaşıb, kimsənin fikir bildirmək haqqına girməyib.

Sahibə Qafarova həm də yüksək idarəçilik təcrübəsi və fitri istedadı olan biridir. Avropa Şurası nümayəndə heyətinin tərkibində bərabər fəaliyyətimiz dövründən sezmişəm, məlum keyfiyyətləri. Ayrıca, müəyyən qism yəqin xəbərsizdir ki, Sahibə xanım bütün tarix boyu eyni adlı qurumda komitə sədri vəzifəsinə yüksələn ilk azərbaycanlıdır. Həmin müddətdə böyük tədbirləri, yığıncaqları, debatları necə mükəmməl idarə etməsinin isə canlı şahidiyəm. Sahibə Qafarova ideal moderatordur, mükəmməl koordinatordur - bilməyənlər dəftərin bir küncünə bunu da yazsınlar. Və bir məqamı qətiyyən nəzərdən qaçırmaq olmaz: Avropa Şurası bir çox dövlətlərdən olan siyasilərin, fərqli fikir daşıyıcılarının, bəzi hallarda cığalların, dalaşmağa bəhanə gəzənlərin cəmləndiyi məkandır. Belə bir ortamda isə idarəçilik olduqca çətindir. Yəni, nəzəri biliklərlə kifayətlənə bilmərsən. Həm də siyasiləşmiş-praktik biri olmalısan, səbrinə hakimlik etməlisən, o səbri bəzən pressləməlisən, dəmirə çevirməlisən. Nəhayət: Avropa məktəbinin “qızıl qayda”larını mütləq və mütləq şəkildə mənimsəməlisən.

Siz bilirsinizmi, nələr baş verirdi, ümumən bütün komitə iclaslarında? Məsələn, hansısa avropalı dilinin altında yalnız özünün anladığı ingiliscə ilə fikir ifadə edib qurtarmamış bu biri başdan kimsə ona qarşılıq verirdi, söz kəsirdi, qahmar çıxırdı. Sonra üçüncü adam qoşulurdu. Daha sonra dörduncü, beşinci, altıncı. Hamısının da özünəməxsus milli xüsusiyyətləri, mental dünyagörüşü, siyasi baxışı, öz şivəsi, öz tərzi. Yarıdan çoxu ümumən səsə-küyə adətkar, bəzənsə tam idarəolunmazdır. Və bütün bu söylədiklərimdən sonra təsəvvür edin ki, siyasi mədəniyyətlərin və fikirlərin toqquşduğu məlum mühitdə komitə sədri olmaq, rəhbərlikdə qərarlaşmaq nə deməkdir. Sahibə Qafarova söylədiyim bax həmin şərtlər altında belə ən mükəmməl idarəçiliyi, səbrinə hakim olmağı bacarıb. İndi bu bacarığın, bu səbrin yiyəsi yetərincə mədəni və sanballı kontingentdən ibarət Milli Məclisə, onun üzvlərinə qarşı aqressivmi olacaq? Bu mümkündürmü?

Sahibə Qafarova kübar insandır. O qədər mədənidir ki, hətta desələr övladı ilə belə “siz”lə danışır, yenə təəccüblənmərəm. Ömrü boyu adının yanında “müəllim” xitabını eşitməyənlər həmin ifadəni məhz onun dilindən eşidiblər. “Xahiş edirəm”, “zəhmət olmasa” kəlmələri Sahibə xanımın leksikonundakı prioritetlərdir. Belə bir insan aqressiv ola bilərmi?

Koronavirusla mübarizənin ən qızğın dönəmində cari məsələlərin müzakirəsinə düz 1 saat zaman ayrılıb. Dəfələrlə bəzi həmkarlarımızın özləri Sahibə xanımdan xahış ediblər ki, çıxışlar kəsilsin, amma o razılıq verməyib, xüsusi vurğu ilə nizamnamənin tələblərini xatırladıb. Hətta uyğunlaşdırma məzmunlu qanun layihələrinin oxunuşlarında belə yenə hamı öz fikrini rahatca deyib, kiminsə söz haqqına müdaxilə edilməyib, məhdudlaşma sezilməyib. Aqressiya budurmu?

2 aydır Milli Məclisdə böyük islahatlar aparılır. Proses ən ideal formada gedir. Hər şey şəffafdır, gözəldir, çoxdan arzu ediləndir. Amma baxır kim üçün! Niyə bunu deyirəm? Çünki məlum islahatlar fonunda uduş yalnız savadlıların, öz gücünə arxayınların, əsl peşəkarların, kiminsə adamı olmayanlarındır. Kadr seçimində sədrin ortaya qoyduğu prinsipial mövqe sadəcə təmiz tərcümeyi-hala sahiblərin, dövlətə və dövlətçiliyə bütün şəcərəsi ilə bağlı olanların yolunu açıb. Əks qütbdə duranlar isə təlaş içindədirlər. Onların maraqları yetərincə sarsılıb. Bu səbəbdən özlərinə heç cür yer tapa bilmirlər.

Aqressiya da bax həmin kəslərin aqressiyasıdır, Sahibə Qafarovanın aqressiyası deyil...

Elşən Musayev, 

Milli Məclisin deputatı

635x100

Şərhlər

Ermənistanlı seçicisi 2020-05-29 12:20:18

Yeni MMin naməlum hədəfi və inzibatı dəyişmə dem/qanun islahatı deyil.

Kənar adam 2020-05-25 22:57:42

Nəsə, Elmira Qafarova yada düşür.

zaqatala 2020-05-24 22:40:58

arada secicileri yada sal

Gücün müdafiəsinə 2020-05-22 15:15:37

AŞ niyə bu günəcən BMT həllinə zidd İşğalçını öz tərkibindən çıxarmır?

Mubariz 2020-05-21 16:53:58

Bu yazı beş il bundan qabaq Oktay Əsədov üçün qələmə alınmışdır...

Etibar Əliyev 2020-05-21 16:48:01

Elşən müəllim. Obyektiv yazınıza görə Sizə təşəkkür edirəm.

BAKILI 2020-05-21 16:17:10

Hazirlaw yaxin gunlerde sedrin mavini olacaqsan

Son yazılar