Rusiyada pandemiya qurbanlarının sayı 3 807-yə çatdı

Rusiyada son bir gündə daha 8 915 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 362 342 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 174 nəfər artaraq 3 807-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 131 129 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 2 830.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,6 milyonu ötüb. Bunların 2,3 milyon nəfərdən çoxu sağalıb, 348 mindən çoxu isə ölüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar