Menu

Azərbaycanda koronavirusla bağlı son vəziyyət

27.05.2020, 22:06
Azərbaycanda koronavirusla bağlı son vəziyyət

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 27-nə olan statistik göstəriciləri açıqlayıb.

"AzPolitika" xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 4 325 test edildiyi bildirilib. Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 280 663 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda 165 yoluxma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib, 78 pasiyent sağalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol