Menu

"UEFA avrokubokları bir şəhərdə keçirmək istəyir" - Klub prezidenti

29.05.2020, 15:31
"UEFA avrokubokları bir şəhərdə keçirmək istəyir" - Klub prezidenti

"UEFA-nın fikri budur ki, Çempionlar Liqası və Avropa Liqası 1/4 final mərhələsindən başlayaraq bir oyundan ibarət olsun və bir şəhərdə keçirilsin".

"Report"un məlumatına görə, bunu İspaniyanın "Xetafe" klubunun prezidenti Anhel Torres "Marca"ya açıqlamasında deyib.

O bildirib ki, hələlik qərar rəsmən təsdiqlənməyib. Torres UEFA İcraiyyə Komitəsinin iyunun 17-də avrokuboklar barədə qərar verməli olduğunu xatırladıb.

Qeyd edək ki, UEFA avrokubokları martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırıb. "Xetafe" Avropa Liqasının 1/8 finalında İtaliyanın "İnter" klubu ilə qarşılaşmalıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol