"BU YAY İSTİRAHƏT MÜMKÜN OLMAYACAQ!" - "Rayonlara yol açılmayacaq..."

Bu mövsümdə insanların bölgələrə gedib istirahət etməsi təəssüf ki, mümkün olmayacaq. Əgər infeksiya bu şəkildə artmaqda davam etsə, rayonlara yol açılmayacaq və istirahətə gedə bilməyəcəklər.

Bu sözləri ölkənin baş infeksionisti Cəlal İsayev  musavat.com-a müsahibəsində deyib. İnfeksionist bildirib ki, hər insanın yanına bir polis, bir məmur qoymaq olmaz: “İnsan özü anlamalıdır ki, maska olmalıdır, biz müəyyən müddət maskada gəzməyə məcburuq. Çin bu cür məcburi qaydaların hesabına koronavirusa qalib gəldi. Biz də buna könüllü əməl etməliyik. Mütləqdirmi, kimsə bizi cərimələsin, maska taxmağa məcbur eləsin?”

635x100

Şərhlər

t.ədalət 2020-06-03 23:55:33

yoluxanların adı,soyadı və ünvanı da göstərilməlidir.

zaur 2020-06-03 14:22:42

Səndə ki, ay Calal müəllim heç xeyir xəbər deyilsən.Əksinə cammatı buraxmaq lazımdır ki, gedib dağlarda daşlarda gəzsin.Milləti şəhərə qalıb qırılır...

Son yazılar