Menu

Türkiyədə daha 18 nəfər koronavirusdan ölüb

05.06.2020, 20:42
Türkiyədə daha 18 nəfər koronavirusdan ölüb

Son bir gündə Türkiyədə daha 18 nəfər koronavirusdan ölüb. “Report” xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

O, qeyd edib ki, bununla da ölkədə koronavirus qurbanlarının sayı 4 648 nəfərə çatıb.

Son bir gündə ölkədə daha 930 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da koronavirusa yoluxanların ümumi sayı 168 340 nəfərə çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol