"Nar” Müştəri Xidməti sərt karantin rejimi müddətində də xidmət göstərəcək

Ölkədə son günlər koronavirusa yoluxmanın artmasının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın həftəsonu evdən çıxmağı qadağan etməsiləəlaqədar olaraq “Nar” öz müştərilərinə gücləndirilmiş rejimində xidmət göstərməkdə davam edəcək.

Belə ki, abunəçilər evdən çıxmadan “Nar”ın onlayn və 24/7 rejimində fəaliyyət göstərən 777 Çağrı Mərkəzindən sorğularına operativ cavab ala bilərlər. Həmçinin mobil operator rəsmi sosial media kanalları (“Facebook”, “İnstagram”“Twitter”) vasitəsiləoperativ şəkildə abunəçilərinə xidmət göstərməkda davam edəcək. Bundan başqa, abunəçilər evdən çıxmadan “Nar+” tətbiqi vasitəsilə hesablarını daha asan idarə edə bilərlər. Tətbiq bir çox mühüm əməliyyatları bir neçə saniyəərzində yerinə yetirməklə yanaşı, daxil olan sorğuları dərhal cavablandırır.

Qeyd edək ki, “Nar” öz müştərilərinin təhlükəsizliyini təmin etməyi, bütün kanalları vasitəsilə müştərilərə fasiləsiz yüksəkkeyfiyyətli xidmət göstərməyi özünün məsuliyyəti hesab edir. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar